Epşteynə bənzədilən türkiyəli üsyan etdi VİDEO
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin Kayseri bölgəsindən olan bir vətəndaş seksual xarakterli cinayətlərdə ittiham olunan maliyyəçi Ceffri Epşteynə bənzədilib.
Ölkə.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, Rıfat Özdemir adlı şəxs bu barədə yerli televizyalara danışıb.
Küçədə insanların onu Epşteynə bənzətdiyini deyən şəxs vəziyyətdən narazılıq edib.
"Məni bu Epşteynə bənzədirlər. Çölə çıxanda, yolda insanların baxışları məni narahat edir. Lütfən, məni belə şərəfsizlərə bənzətməyin, mən Epşteyn deyiləm. Məni mən olaraq qəbul edin.
Bundan sonra özümdə bəzi dəyişikliklər edəcəyəm. Saçımı kəsdirəcəyəm. saqqalı xoşlamıram, amma saqqal saxlayacağam", - deyə o əlavə edib.
Onun bu çıxışı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. R.Özdemirin Epşteynə qətiyyən bənzəmədiyini deyənlər olsa da, əksini düşünənlər də var.
Billurə

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 09 Fevral 2026 14:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















