Icma.az
close
up
RU
Epşteynin əsas varisi o imiş: 630 milyon dollarlıq sərvət

Epşteynin əsas varisi o imiş: 630 milyon dollarlıq sərvət

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yetkinlik yaşına çatmayan qızları hədəf alan fahişəlik şəbəkəsi qurduğuna görə həbs olunan və həbsxanada ölü tapılan milyarder Ceffri Epşteyn vəsiyyətnaməsini ölümündən iki gün əvvəl imzalayıbmış.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, “1953-cü il Trastı” adlanan sənəd 630 milyon dollarlıq sərvətin 43 nəfər arasında bölüşdürülməsini nəzərdə tutur.

ABŞ Ədliyyə Departamentinin açıqladığı sənədlərdən məlum olur ki, Epşteyn mirasının böyük hissəsini sonuncu partnyoruna, hazırda 35 yaşı olan belaruslu Karina Şulyaka vəsiyyət edib. O, maliyyə sənədinə əlavə edilmiş əlyazma qeydində qalmaqallı maliyyəçi Karina Şulyakla evlənmək niyyətini ifadə edib. Belə ki, Epşteyn partnyoruna 32,73 karat çəkisi olan və dəyəri bir neçə milyon dollar qiymətləndirilən brilyant üzüklə evlilik təklifi edibmiş.

Epşteynlə təxminən 10 il ərzində münasibətdə olmuş Şulyak həm də ölümündən bir gün əvvəl onunla telefonla danışan sonuncu şəxs hesab olunur.

Vəsiyyətnaməyə əsasən, C.Epşteynin ölümündən sonra K.Şulyak yarısını dərhal, digər yarısı isə illik müavinət şəklində olmaqla, 100 milyon dollar almalı idi. Maliyyəçinin bütün daşınmaz əmlakı belaruslu xanıma keçməli idi:

- Manhettendə malikanə;

- Parisdə mənzil;

- Nyu-Meksikoda ranço;

- ABŞ-nin Vircin adalarında yerləşən və “Pedofil adası” kimi tanınan “Kiçik Müqəddəs Ceyms” və “Böyük Müqəddəs Ceyms” adaları.

Nişan üzüyündən əlavə, ona həmçinin 48 ədəd brilyant və xərclərini qarşılamaq üçün xüsusi fond ayrılmışdı.

“1953-cü il Trastı”nın digər iki mühüm benefisiarı Ceffri Epşteynin şəxsi vəkili Darren İndik və mühasibi Riçard Kandır. Sənədə əsasən İndikə 50 milyon, Kana isə 25 milyon dollar çatacaqdı. Maliyyəçi bu şəxsləri vəsiyyətnaməsinin icraçıları və əmlakının idarəediciləri təyin etmişdi.

Epşteynin uşaq istismarı şəbəkəsində əsas fiqur olan Gisleyn Maksvell də vəsiyyətnamədə özünə yer etməyi bacarmışdı. On il ərzində yetkinlik yaşına çatmayan qızların istismarı şəbəkəsindəki “rolu”na görə 240 ay həbs cəzasına məhkum etmiş Maksvel 10 milyon dollar almalı idi. 

Fotoda Ceffri Epşteyn və Gisleyn Maksvell

Siyahıda həmçinin Epşteynin əməkdaşları, qulluqçuları, şəxsi pilotları, eləcə də bir neçə alim yer alıb.

Yeddi benefisiarın adı isə açıqlanmır, onlara 3-10 milyon dollara qədər ayrılmışdı. Sənədə əsasən, vəsaitlər Epşteynin ölümündən azı iki il sonra ödənilməli idi.

Bununla belə, hazırda benefisiarlardan hər hansı birinin bu mirasdan bir dollar belə alması çətin görünür, çünki Epşteynin hesablarına həbs qoyulub, onlardakı vəsaitlər isə, çox güman ki, yalnız “Epşteyn işi” ilə əlaqəli cinayətlərin qurbanlarına kompensasiya məqsədilə istifadə ediləcək.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Fevral 2026 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see341

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see330

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see218

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see199

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see191

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see190

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see174

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see173

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see173

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see172

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see171

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see170

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see165

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see153

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see145

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see136

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri