Icma.az
close
up
RU
Epşteynin qurbanı Türkiyə mediasına danışdı: Topqapı Sarayı ilə niyə maraqlanıb?

Epşteynin qurbanı Türkiyə mediasına danışdı: Topqapı Sarayı ilə niyə maraqlanıb?

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

ABŞ Ədliyyə Nazirliyi tərəfindən dərc olunan milyonlarla sənədlər arasından Ceffri Epşteynlə bağlı qaranlıq sirlər ortaya çıxmağa davam edir. Onun qurbanlardan biri olan Rina Oh "Milliyet" nəşrinə zorakılıq şəbəkəsinin pərdəarxası, Epşteynin gizli şəkildə qorunan planı və Topkapı Sarayına olan marağı barədə danışıb.

Hurriyyet.org xəbər verir ki, Rina Oh Epşteyn ilə 1990-cı illərin sonlarında tanış olub.

O, Epşteynin onu incəsənət məktəbindən bakalavr dərəcəsi almaq üçün təqaüd vədi ilə aldatdığını iddia edib: "O vaxtlar o, özünü bir çox gənc tələbəni universitetə ​​göndərən və təhsil haqqını tam ödəyən bir xeyriyyəçi kimi təqdim edirdi və bunu mənə də təklif etdi. Lakin o, bunun qarşılığında bir çox şərti olduğunu bildirdi. Mən imtina etdikdə is dərhal təqaüdü geri götürdü".

Rina Epşteynin ona tez-tez "hərəm planı"ndan bəhs etdiyini və özünü "Sultan" kimi təqdim etdiyini bildirib: "O, məni dəfələrlə evinə dəvət etdi və nə istədiyini öyrənmək üçün maraqdan getdim. Onunla görüşüb evində vaxt keçirdikdən qısa müddət sonra mənə iki kitab verdi ki, araşdırım. Mənə planları barədə danışdı. Dedi ki, hərəmxanada onun “sevimlisi” olacağam. O, təxminən iki il davam edən söhbətlərimiz boyunca daim özünü “Sultan” adlandırırdı".

Rina vurğulayıb ki, Epşteyn tez-tez ona Türkiyədən bəhs edib: “O, Osmanlı imperiyasına maraq göstərirdi və daim bu barədə danışırdı. Məndən Osmanlı imperiyasının hərəmi ilə bağlı bütün rəsmləri, memarlıq strukturlarını, sarayları və hekayələri araşdırmağımı istədi. O, həmçinin Topqapı Sarayını da araşdırırdı. İstəyirdi ki, mən onun memarlığını, mədəniyyətini və tarixini ətraflı öyrənim”.

Rina bildirib ki, Epşteyn və keçmiş sevgilisi Ghislaine Maksuell ilə Floridada keçirdiyi vaxt o, hər şeyi öyrənməyə başlayıb: “Onlar azyaşlı uşaqlarla qanunsuz münasibətlər qurmaq üçün xaricə səyahət etdiklərini deyəndə dəhşətə gəldim. Epşteyn məni hədələdi, ortağı Virciniya Giuffrey isə məni döydü. O, hərəm planını addım-addım həyata keçirirdi".

Rina, Epşteyn adasının kənarında Floridada da bir zorakılıq şəbəkəsinin olduğunu qeyd edib: "O, adaya getməyimdə çox israr etdi. Mənim orada olmağımı istəyirdi. Başıma gələnləri danışdıqdan sonra təhdid edildim və hücuma məruz qaldım. Onun ölümü ilə heç nə bitməyib. Uşaqların hər il yoxa çıxdığına dair konkret məlumatlar var. Bu tamamilə bitənə qədər əsl ədalət yerini almayacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 18 Fevral 2026 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see321

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see321

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see306

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see271

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see266

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see264

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see263

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see255

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see245

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see245

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see236

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see228

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see227

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see225

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see222

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see221

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see221

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see220

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see217

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri