“Eqnatiya”nın idman direktoru: “Qarabağ”la bunu müzakirə etməliyik Açıqlama
Icma.az, Apasport saytına istinadən bildirir.
“Hazırda transfer siyahımızda azərbaycanlı futbolçu yoxdur. Başqa profildə oyunçu axtarırıq. Təbii ki, zaman-zaman azərbaycanlı futbolçularla maraqlanırıq. Amma indi siyahımızda azərbaycanlı futbolçu yoxdur”.
Bu sözləri apasport.az saytına açıqlamasında “Eqnatiya”nın idman direktoru Kleydi Zenelay deyib. Albaniya çempionunun rəsmisi Azərbaycan milli komandasının üzvü Zamiq Əliyev haqda danışıb. Bununla yanaşı, o, əvvəllər bu klubun üzvü olmuş millimizin digər üzvü Vüsal İsgəndərli barədə də fikirlərini çatdırıb:
“Biz daha əvvəl komandamızda oynamış Vüsal İsgəndərlidən razı idik. Həqiqətən də, yaxşı performans sərgiləmişdi. Həm Vüsal, həm də Zamiqdən hər mənada - işə yanaşmalarından, peşəkarlıqlarından, oyunlarından razıyıq. Biz də onlara özlərini göstərmələri üçün kömək etdik”.
Zenelay, yayda “Eqnatiya”nı “Sumqayıt”a dəyişən, bir neçə gün əvvəl isə “Sumqayıt”ı “Eqnatiya”ya dəyişən Fernando Medeyrosun seçimini belə şərh edib:
“Fernando 2 il klubumuzun bir hissəsi olub. Çox vacib oyunçu idi. Ola bilsin ki, Fernando “Sumqayıt”da öz keyfiyyətlərini göstərmək üçün uyğun mühit tapmayıb. İstənilən halda, Fernando yaxşı futbolçudur. Ona görə də, yenidən komandaya cəlb etdik”.
Sonda isə “Eqnatiya”nın rəsmisi Albaniya mətbuatında “Qarabağ”ın hücumçusu Redon Cicanı transfer edəcəyi haqda çıxan xəbərə münasibət bildirib:
“Bu haqda nəsə deyə bilməyəcəm. Hər iki klubun da bu sövdələşmədən qazancla ayrılması üçün “Qarabağ”la bunu müzakirə etməliyik. Zaman hər şeyi göstərəcək”.
İtaliya klubu “Fənərbaxça”dan 20 milyon istəyir "Qalatasaray"dan İlkay Gündoğana təklif Misli-də futbol mərclərində maraqlı yeniliklər - VİDEO Azərbaycanlı FİFA referisi Danimarkada "Qarabağ" Rumıniyadan futbolçu gətirir - detallar bəlli oldu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 13 Yanvar 2025 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















