Icma.az
close
up
RU
“Eqoist düşüncə tərzi insanlara heç nə vermir...”

“Eqoist düşüncə tərzi insanlara heç nə vermir...”

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

"Tarixin bir gününün tarixi günə çevrilməsi" ifadəsi bizim üçün önəmli və şərəfli bir yaddaşa həkk olunub. 8 Noyabr - Zəfər Günümüz. Bu gün hamıya aiddir. Təkcə prosesin özü bu günümüzə deyil, gələcəyimizə də aid olduğu üçün hamı bu günü dəstəklədi. Hamıya məxsus olan bir şeyi təbii ki, hər kəs dəstəkləyir”. 

Bunu Adalet.az-a açıqlamasında “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.

O, bildirib ki, ümumiyyətlə, prosesin özü ağlın və müdrikliyin sınağından keçərək möhkəm həmrəylik və birliyi müdafiə edərək biz bunu qazandıq:

“Bu, bir həqiqətdir. Həqiqət isə özlüyündə məhək daşıdır. Hər hansı bir hadisənin həqiqi dəyərini, keyfiyyətini, doğruluğunu və ədalətliliyini müəyyənləşdirən məhz həqiqətdir. Ən düzgün olanı seçmək, ən düzgün qərarı vermək, ən doğru olanı həyata keçirmək...Bəli, biz Cənab İlham Əliyevin idarəçiliyi və rəhbərliyi ilə şanlı Zəfər ölkəsinə çevrildik. Bu Zəfər bu gün dünyanın qaranlıq qalan siyasi məqamlarını işıqlandırmaq üçün sürətlə yayılan bir nurdur. Bu Zəfər, təkcə qələbə deyil, Dağlıq Qarabağ Muxtar Vilayəti adlı siyasi statusun mövcudluğunu tarix səhnəsindən silən strateji reallıqdır. Bu, hamının qəlbindən keçən, daha doğrusu, mənəvi dəyərlərə sahib olan bütün vətəndaşların ürəyindən keçən hiss idi. Biz bilirik ki, mənəviyyat qəlbin elmi və tərbiyəsi ilə məşğul olur. Əgər o, hansısa bir insanın ürəyində yoxdursa, deməli, həmin qəlb heç kimə lazım deyil”. 

R.Hüseynov deyib ki, dünyada ən praktik hərəkətlər belə mənəvi təsirlərlə bağlıdır:

“Eqoist düşüncə tərzi insanlara heç nə vermir, əksinə, onları hər şeydən, o cümlədən mənəvi təsirlərdən uzaqlaşdırır. Belə insanlar islah olunmayan, oqnostik düşüncəyə malik şəxslərdir.Obyektiv aləmi və həqiqət dünyasını dərk edə bilməyən zavallılar bütün əxlaqi keyfiyyətlərdən uzaqlaşırlar. Öz şəxsi maraqlarına görə bu hala düşən dözümsüzlər həmişə nəticəni görmədən subyektiv rəylərini və ədalətsiz mövqelərini cəmiyyətə sırımağa çalışırlar. Amma dərk edə bilmirlər ki, həmin dözümsüzlük özünəgüvən əskikliyinə və inamsızlığa dəlalət edir.Qarşılıqlı dözümlülük birgə yaşayışın qızıl qaydasıdır. Bəli, bu gün millətin tam əksəriyyəti bu qızıl qaydalarla yaşayır”.

Vasif ƏLİHÜSEYN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://adalet.az
archiveBu xəbər 19 İyun 2026 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see342

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see287

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see274

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see258

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see257

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see242

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see232

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see220

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see207

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see196

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see196

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see194

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see193

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see191

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see186

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see181

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see172

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see169

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri