Icma.az
close
up
RU
Ər arvadını kişi ilə tutdu: Ayağıma düşdü, o biri otağa keçəndə bıçaq çıxardı ŞOK TƏFƏRRÜAT

Ər arvadını kişi ilə tutdu: Ayağıma düşdü, o biri otağa keçəndə bıçaq çıxardı ŞOK TƏFƏRRÜAT

Teleqraf.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Daşkəsən rayonunda 1971-ci il təvəllüdlü İlqar qısqanclıq zəminində həyat yoldaşı Güneli (adlar şərti verilib – red.) qətlə yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, İlqar 1984-cü il təvəllüdlü arvadı Günelin həmkəndlisi Tahirlə ona xəyanət etməsindən şübhələnib. Kənd arasında utanc hissi keçirdiyi üçün onu öldürmək qərarına gəlib.

2024-cü il iyunun 24-də gecə saat 1 radələrində birgə yaşadıqları kənddə yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən götürdüyü balta ilə epilepsiya xəstəsi olan Günelə yatmış vəziyyətdə zərbələr vurub. Çoxsaylı zərbələr alan qadın vəfat edib.

İstintaq orqanı tərəfindən İlqarın barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlqar özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisədən əvvəlki aylardan birində evə gəldikdə qapının bağlı olduğunu görüb. Qapını döyərkən arvadı Günel həyəcanlı halda əlində xəncər qapıya çıxaraq evdə heç kimin olmadığını deyib:

“Mən içəriyə keçəndə həmkəndlimiz Tahirin qapı arxasında gizləndiyini gördüm. Onu döymək üçün hücum çəkdim. Tahir ayaqlarıma düşdü, qələt elədiyini dedi, bir də belə hərəkət etməyəcəyinə söz verərək məni arxa otağa apardı. Arxa otaqda Tahir mənim boğazıma bıçaq dirədi. Bu hadisədən sonra bunu unutmamaq üçün evin divarına boya ilə “14 may” sözünü yazdı.

Sonrakı gün axşam tərəfi Günellə Tahirin yenə birlikdə tövlə tərəfdən gəldiklərini gördüm. Günellə evdə mübahisə etdim. O, ağacla qolumdan vurdu. Gecə Günellə söhbət etdim, o, Tahirlə dəfələrlə mənə xəyanət elədiyini boynuna aldı. Mən və uşaqlarım kənd içində biabır olmuşduq. Günelin sözlərindən bərk hirsləndim. Həyətə gedərək baltanı götürdüm. Evə qayıdaraq Güneli balta ilə vurdum. Həmin vaxt otağın işığı sönülüydü”.

Təqsirləndirilən şəxs bildirib ki, həyətdən qayıdanda arvadı çarpayıda arxası üstə uzanmış vəziyyətdəymiş: “Səssiz gəldiyim üçün o, heç nə bilmədi, əlimdəki baltanı da görə bilməzdi. Günelə neçə dəfə xəsarət yetirdiyimi, onun qışqırıb-qışqırmadığını xatırlamıram.

Güneli vurandan sonra çarpayıdan yerə düşdü. Mən “102” qaynar xəttinə zəng edərək arvadımı öldürdüyünü dedi. Hadisə zamanı evdə mən və Güneldən başqa heç kim olmayıb. Oğlum Fəqan atımız qaçdığı üçün sahədəydi. Onu atın arxasınca gecə vaxtı mən göndərmişdim”.

İlqar qeyd edib ki, arvadı Güneli Tahirlə evdə tutduğunu qaynı Sabirə də danışıb: “Sabir də mənə “onun başını kəs” dedi. Hadisə günü Günellə söhbət etdikdən təxminən 20 dəqiqə sonra həyətdən baltanı götürərək evə girdim. Daha onunla söhbət etmədim, ona neçə zərbə vurduğumu xatırlamıram”.

İlqarın ifadəsinə görə, əvvəlki gün axşamtərəfi arvadı Güneli Tahirlə tutandan sonra arvadı ağacla onu qolundan vurub, Tahir isə oradan qaçıb: “Gecə Günellə söhbət edərkən əvvəllər də Tahirlə mənə xəyanət etdiyini söyləyib yaxşı elədiyini dedi. Mən ona uşaqlarımız olduğunu söylədim, belə hərəkətlərdən çəkinməsini bildirdim. Günelin dediklərini şəxsiyyətimə sığışdırmadım, onu öldürmək qərarına gəldim.

Heç kimə Günelin Daşkəsən şəhərində bir qadının evində başqa şəxslərlə mənə xəyanət etdiyini deməmişəm”.

İş üzrə zərərçəkmiş Günelin hüquqi varisi qismində ifadə verən qardaşının sözlərinə görə, 2024-cü ilin may ayında dəqiq xatırlamadığı tarixdə İlqar ona zəng edərək Günelin əxlaqsızlıqla məşğul olarkən tutduğunu deyib: “Əvvəlcə deyilənlərə inanmadım. Günelin yaşadığı kəndə gəldim və İlqarın dedikləri barədə qonşulardan maraqlandım. Qonşuların əksəriyyəti məni tanımadı və hamısı İlqarın Günelə şər atdığını dedi.

Qonşuların mənə dediyinə görə, İlqar mal nobatında olduğu zaman özlərinin mal-qarasını Tahirin qayınatasının çəpərinə saldığı üçün Günellə Tahir evlərinin qarşısında mübahisə ediblər. Həmin vaxt İlqar mal-qaranı başsız qoyaraq gəlib və çəpərin altında gizlənib. Qonşulardan biri İlqarı səslədikdə əli ilə qonşusuna səssiz olmağı xahiş edib, qaça-qaça söyərək Tahirlə dalaşmağa başlayıb, sonra isə ayrılıb.

Hadisə günü gecə saat 3-4 radələrində kiçik qardaşım mənə Günelgilə getməli olduğumuzu dedi. Nə baş verdiyini soruşdum, Günelin əriylə dalaşdığını dedi. Hadisə yerinə çatanda İlqarın bacımı öldürdüyü məlum oldu”.

İş üzrə şahid qismində ifadə verən Tahirin sözlərinə görə, İlqar və Günellə heç bir düşmənçiliyi və ədavəti olmayıb: “Dəfələrlə İlqarın iribuynuzlu heyvanları mənim əkin sahəmə daxil olaraq ziyan vurub. Hər dəfə onlardan heyvanlarını mənim sahəmə buraxmamağı xahiş eləmişəm. Onlar da buraxmayacaqlarına söz veriblər.

Günellə aramda heç bir sevgi münasibəti olmayıb. İlqar yalan danışır. Mən onların evində olmamışam. İlqarın Günellə mənim sevgi münasibətimin olduğunu deməsinin səbəbini bilmirəm. Eşitdiyimə görə, o, Günelin xəyanətində başqa şəxslərin də adını çəkib. Özü mənə Günelin Daşkəsən şəhərində Nərmin adlı qadının evində əxlaqsızlıqla məşğul olduğunu demişdi”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İlqar 17 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 06 Fevral 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see403

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see386

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see336

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see299

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see299

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see291

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see257

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see249

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see230

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see223

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see209

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see179

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see148

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see139

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see139

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see133

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see131

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri