Ər Riyad birinci beynəlxalq qeyri kommersiya forumuna ev sahibliyi edəcək
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qahirə, 1 noyabr, AZƏRTAC
Dekabrın 3-dən 5-dək ər-Riyad birinci "BEYOND PROFIT" beynəlxalq qeyri-kommersiya forumuna ev sahibliyi edəcək.
AZƏRTAC xəbər verir ki, “Qeyri-kommersiya sektorunun gələcəyinin formalaşdırılması” şüarı altında keçiriləcək foruma 80-dən çox natiq və müxtəlif ölkələrdən 1500 iştirakçı qatılacaq. Forum çərçivəsində təşkil olunacaq tədbirlər qeyri-kommersiya təşkilatlarının rəhbərləri, beynəlxalq təşkilatlar, sosial sahibkarlar, tədqiqatçılar, siyasətçilər, dövlət məmurları, gənc innovatorlar, maliyyə qurumları və korporativ sosial məsuliyyət layihələrinin liderlərini bir araya gətirəcək.
“BEYOND PROFIT” forumu qlobal dialoq və yenilikçilik üçün təşviqat rolunu oynayacaq, qeyri-kommersiya sektorunu daha davamlı və təsirli bir gələcəyə aparan ən son trendləri, texnologiyaları və təcrübələri önə çıxaracaq. Maliyyələşdirmə strategiyaları, sosial sahibkarlıq və innovasiyanın iş imkanlarının yaranmasında rolu və sosial-iqtisadi inkişafı irəlilədən uğurlu nümunələr forumda əsas müzakirə mövzuları olacaq.
Forum, həmçinin strateji tərəfdaşlıqlar qurmaq, bilik mübadiləsi aparmaq və beynəlxalq əməkdaşlığı inkişaf etdirmək üçün dinamik platforma rolunu oynayacaq.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 01 Noyabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















