Icma.az
close
up
RU
Ər Riyad forumu: Qlobal iqtisadi gündəm çoxqütblü modelə keçir

Ər Riyad forumu: Qlobal iqtisadi gündəm çoxqütblü modelə keçir

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2026-cı ildə Səudiyyə Ərəbistanı Krallığı Ər-Riyadda  Dünya İqtisadi Forumunun (WEF) müntəzəm yüksək səviyyəli qlobal iclasına ev sahibliyi edəcək.

Bakıvaxtı.az bildirir ki, bu barədə İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun 55-ci illik iclasının son günündə Səudiyyə Ərəbistanının İqtisadiyyat və Planlaşdırma Naziri Faysal Alibrahim və WEF Prezidenti Börge Brende məlumat verib. İclasın ilk görüşünün 2026-cı ilin yazında keçirilməsi nəzərdə tutulub.

Maraqlıdır ki, bu forum qlobal iqtisadiyyat üçün nələr vəd edir? Enerji ixracatçıları iqtisadi qaydaları yenidən yaza bilərmi? Ümumiyyətlə, Dünya İqtisadi Forumu effektiv forumlardan sayıla bilərmi?

Mövzu ilə bağlı iqtisadçı Vüsalə Əhmədova Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Ər-Riyad görüşü qlobal iqtisadi gündəmin Qərb mərkəzli diskursdan çox çoxqütblü modelə keçəcəyini göstərir:

"Dünya İqtisadi Forumunun ənənəvi və əsas toplantısı 1971-ci ildən etibarən demək olar ki, hər zaman eyni ölkədə İsveçrənin Davos şəhərində keçirilib. Yalnız 2021-ci ildə COVID-19 səbəbilə onlayn keçirildi. Davos bir növ WEF-in simvolik mərkəzi sayılır. Yəni, klassik "Davos Forumu" anlayışı məhz İsveçrə ilə bağlıdır. 2026-cı ildə Ər-Riyadın Dünya İqtisadi Forumunun yüksək səviyyəli qlobal iclasına ev sahibliyi etməsi əlbəttə ki, həm simvolik, həm də strateji baxımdan əhəmiyyətlidir. Yaxın Şərq, Asiya və Afrika ölkələri artıq yalnız xammal təchizatçısı deyil, qərarverici aktor kimi çıxış edəcək. ABŞ-Çin rəqabəti, sanksiyalar, ticarət blokları fonunda yeni əməkdaşlıq formatları axtarılacaq. Qısa ifadə etsək, qlobal iqtisadi güc mərkəzləri şaxələnir".

İqtisadçı hesab edir ki, Dünya İqtisadi Forumunun effektiv forum olub-olmaması çox mübahisə doğuran məsələdir. WEF hüquqi baxımdan bağlayıcı qərarlar qəbul etmir. Ümumiyyətlə, bağlayıcı qərarlar qəbul edən bir qurum da deyil. "Elita klubu” kimi qəbul edilir və burada ideyalar irəli sürülür.

Vüsalə Əhmədova: Dünya İqtisadi Forumunu qlobal iqtisadi debatın laboratoriyası hesab etmək olar

"WEF bir növ qərarverici yox, gündəm yaradıcı platformadır. Real problemlərin həllindən bir qədər uzaqdır. Lakin Davos və regional iclaslarında səsləndirilən ideyalar sonradan G20, IMF, Dünya Bankı səviyyəsində və həmçinin milli siyasətlərdə öz əksini tapır. Sadə dildə ifadə etsək, WEF qanun yazmır, qanun yazanların necə düşünəcəyini formalaşdırır. Dünya İqtisadi Forumunu bütün çatışmazlıqlara baxmayaraq, qlobal iqtisadi debatın laboratoriyası hesab etmək olar", - deyə V.Əhmədova qeyd edib.

Enerji ixracatçılarının iqtisadi qaydalara mümkün təsirlərinə gəlincə, müsahibimiz tam mənada yenidən yazmağın çətin olacağını, lakin qaydaların formalaşmasına təsir göstərə biləcəyini vurğulayıb:

"Məlumdur ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər kimi enerji ixracatçı ölkələr trilyon dollarlıq investisiya potensialına malikdir. Enerji ixracatçıları passiv aktordan strateji dizaynerə çevrilir deyə bilərik. Lakin texnologiya, maliyyə standartları və institutlar hələ də əsasən Qərbin əlindədir. Bu səbəbdən qlobal iqtisadi qaydalar tək enerji ixracatçıları tərəfindən yox, koalisiya ilə dəyişdirilə bilər".

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 Dekabr 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see398

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see388

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see341

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see324

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see309

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see250

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see248

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see248

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see244

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see224

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see217

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see215

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see211

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see205

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see205

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see202

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see201

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri