Icma.az
close
up
RU
Ər Riyad görüşündə ABŞ Putinə Qızıl balıq verib keçmiş prezidentdən hadisə kimi açıqlamalar

Ər Riyad görüşündə ABŞ Putinə Qızıl balıq verib keçmiş prezidentdən hadisə kimi açıqlamalar

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Latviyanın keçmiş prezidenti Valdis Zatlers haqqin.az-a verdiyi müsahibədə Ər-Riyadda ABŞ və Rusiya liderləri arasında keçirilən görüşün mahiyyətini və mümkün nəticələrini dəyərləndirib.

Hurriyyet.az bildirir ki, onun sözlərinə görə, bu görüş müharibənin dayandırılması üçün real danışıqlar deyil, daha çox tərəflərin bir-birinin planlarını öyrənmək üçün apardığı “sınaq döyüşü” olub.

“ABŞ və Rusiya liderləri bu görüşə öz aralarındakı geosiyasi oyunu daha yaxşı başa düşmək üçün ehtiyac duyurdular. Bu, əsasən, qarşı tərəfin niyyətlərini müəyyənləşdirmək üçün kəşfiyyat xarakteri daşıyan bir toplantı idi. Ukraynada müharibənin dayandırılması barədə ciddi razılaşma əldə edilmədi. Görüş zamanı yalnız iki əsas qərar qəbul edildi: səfirliklərin fəaliyyətinin bərpası və Vaşinqtonla Moskva arasında danışıqlar üçün xüsusi müzakirə qrupunun yaradılması. Yəni, real sülh danışıqlarından hələ söhbət gedə bilməz,” – deyə Zatlers vurğulayıb. 

Keçmiş Latviya prezidenti Vladimir Putinin ABŞ qarşısında irəli sürə biləcəyi mümkün tələbləri və onların perspektivlərini analiz edib. O qeyd edib ki, əgər Kreml işğal olunmuş Ukrayna ərazilərinin Rusiyanın nəzarətində qalmasını rəsmiləşdirmək, Avropa sülhməramlılarının Ukraynaya yerləşdirilməsinə veto qoymaq, Kiyevin NATO-ya üzvlüyünü bloklamaq və Zelenskinin legitimliyini tanımamaq kimi tələblər irəli sürərsə, Moskva heç bir nailiyyət əldə edə bilməyəcək. 

“Bu, Puşkinin “Qızıl balıq” nağılındakı kimi olacaq. Əgər hər şeydən çox şey tələb etsəniz, sonda heç nə əldə edə bilməzsiniz və qırıq çanaqla qalarsınız. Əgər Putin tələblərində həddini aşarsa, Rusiya nəinki güzəşt əldə edə bilməyəcək, hətta öz mövqelərini daha da zəiflədəcək,” – deyə Zatlers bildirib.

“Əsas geosiyasi döyüş hələ qabaqdadır”

Zatlers hazırda baş verənlərin yalnız geosiyasi qarşıdurmanın ilkin mərhələsi olduğunu və əsas həlledici məqamların hələ qabaqda olduğunu bildirib.

“Ukraynada müharibənin bitməsi yalnız Kremlin öz xalqı qarşısında üzünü qoruyub saxlaya biləcəyi bir variant ortaya çıxdıqda mümkün olacaq. Əks halda, bu qarşıdurma illərlə davam edə bilər,” – deyə o əlavə edib. 

Keçmiş prezident Sovet İttifaqının 1989-cu ildə Əfqanıstandan qoşunlarını çıxarma qərarı ilə bu günkü vəziyyət arasında paralellər aparıb.

“SSRİ Əfqanıstandan qoşunlarını çıxarmaq qərarına gəlməzdən əvvəl iki il ABŞ-la danışıqlar apardı. Son altı ayda isə sovet diplomatları mücahid liderləri ilə gizli görüşlər keçirərək SSRİ-nin müharibədən “qalib kimi” çıxdığını göstərməyə çalışdı. Sovetlər çalışırdı ki, bu geriçəkilmə “nüfuz itkisi” kimi görünməsin. Amma indiki halda Putin belə bir çıxış yolu tapmaqda çətinlik çəkir. Çünki o, israrla Ukraynanın dörd vilayətinin ilhaqının “qanuni haqqı” olduğunu iddia edir və bu mövqedən geri addım atmaq istəmir,” – deyə Zatlers vurğulayıb.

“Ukraynada müharibənin yaxın zamanda bitməsi real görünmür”

Zatlersin fikrincə, Rusiya ordusunun irəliləyişini nəzərə alsaq, müharibənin bir neçə gün və ya hətta bir neçə ay ərzində bitəcəyi ssenarisi real görünmür.

“Rusiya hazırda cəbhə xəttində aktiv hücum əməliyyatları aparır. Belə bir şəraitdə müharibənin yaxın zamanda dayandırılması və ya sürətli sülh danışıqlarının aparılması real deyil. Hətta əgər tərəflər müəyyən anlaşmaya yaxınlaşsa belə, bu proses aylarla, hətta illərlə uzana bilər,” – deyə o əlavə edib.

Zatlersin fikirlərindən belə nəticəyə gəlmək olar ki, ABŞ və Rusiya arasında danışıqların başlanması hələ müharibənin sona çatması demək deyil. Kreml üçün münaqişəni sülh danışıqları ilə bağlamaq çətindir, çünki Moskva Ukraynanın dörd vilayətini ilhaq etdiyini qəbul etdirmək niyyətindədir. 

ABŞ və Rusiya arasındakı əlaqələrin bərpası üçün atılan ilkin addımlar hər iki tərəfin dialoqa hazır olduğunu göstərsə də, Ukrayna müharibəsinin həlli üçün konkret razılaşmaların hələ formalaşmadığı açıq-aşkardır.

Buna görə də, müharibənin yaxın aylarda sona çatacağı ehtimalı olduqca zəif görünür. ABŞ və Rusiya arasında aparılan bu “geosiyasi kəşfiyyat müharibəsi” hələ uzun müddət davam edə bilər.

Musavat.com

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 24 Fevral 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri