Əraqçi: ABŞ ilə saziş bağlamaq üçün tarixi fürsət var
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İran ədalətli və bərabərhüquqlu sazişə ən qısa müddətdə nail olmaq üçün Cenevrədə ABŞ ilə danışıqları bərpa edəcək.
Moderator.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "X"dəki hesabında yazıb.
O, bunu əvvəlki danışıqlar raundunda əldə edilmiş razılaşmalara əsaslanaraq bildirib. "Qarşılıqlı maraqları nəzərə alan və ümumi məqsədlərə nail olunmasını təmin edən misilsiz bir saziş bağlamaq üçün tarixi fürsətimiz var" , - Əraqçi qeyd edib.
Onun sözlərin görə, saziş mümkündür, lakin bunun üçün yalnız diplomatiyaya üstünlük verilməlidir:
"Biz sübut etdik ki, suverenliyimizi cəsarətlə qorumaq üçün heç bir şeydən çəkinmərik. Eyni cəsarəti danışıqlar masasında da nümayiş etdiririk, burada istənilən fikir ayrılığının dinc yolla həllinə çalışacağıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 24 Fevral 2026 22:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















