Icma.az
close
up
RU
Əraqçi ABŞ la nüvə danışıqlarının ikinci raundu üçün Romaya gedib

Əraqçi ABŞ la nüvə danışıqlarının ikinci raundu üçün Romaya gedib

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

İran İslam Respublikasının xarici işlər naziri və onu müşayiət edən heyət ABŞ-la vasitəçilərin iştirakı ilə danışıqlarda iştirak etmək üçün İtaliyanın paytaxtı Romaya gedib.

Bizimyol.info xəbər verir ki, İRNA-nın verdiyi məlumata görə, Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bu barədə Mehrabad hava limanında jurnalistlərə bildirib.

"Xarici işlər naziri Seyid Abbas Əraqçi və ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun sədrliyi ilə İran və ABŞ arasında vasitəçilərin iştirakı ilə keçiriləcək danışıqların ikinci Romada baş tutacaq", - deyə bildirib.

Bəqai vurğulayıb ki, danışıqların bu raundu, birinci raund kimi, Oman Krallığının xarici işlər naziri Bədr Əl-Busaidi vasitəçiliyi ilə olacaq.

O, danışıqlar yeri kimi Romanın seçilməsinin səbəbi ilə bağlı: "Roma Omanın xarici işlər nazirinin təklifi, həmçinin İran və ABŞ-ın razılığı əsasında seçilib və müvafiq tənzimləmələr Oman hökuməti tərəfindən İtaliya hökuməti ilə razılaşdırılaraq həyata keçirilib", - deyib.

Son bir neçə gün ərzində müxtəlif Amerika rəsmilərindən eşitdiyimiz ziddiyyətli mövqeləri nəzərə alaraq, Amerika tərəfinin ilk növbədə niyyətləri və ciddiliyi ilə bağlı yaranmış ciddi anlaşılmazlıqlara aydınlıq gətirməsini gözləyirik.

Xarici İşlər Nazirliyinin sözçüsü danışıqların məzmunu ilə bağlı: İranın sülhməramlı nüvə proqramı müvafiq beynəlxalq standartlar və sənədlər, o cümlədən Nüvə Silahlarının Yayılmaması Müqaviləsi ilə tam uyğundur və İran İslam Respublikası beynəlxalq səviyyədə qəbul olunmuş çərçivədə öz öhdəliklərini yerinə yetirməklə yanaşı, nüvə enerjisindən qanuni istifadə hüquqlarını qorumaq və həyata keçirmək əzmindədir, - deyib.

O, Amerikanın öhdəliklərdən boyun qaçırma və həddi aşmaq tarixini xatırladaraq: "Keçmiş metodların təkrarlanması qətiyyən faydalı olmayacaq və “irəli addım” o zaman əldə edilə bilər ki, qarşı tərəf realizmlə və ekstremist, müharibə qızışdıran dairələrin, o cümlədən sionist rejimin təsiri altına düşmədən, həm də qəbul olunmuş beynəlxalq qaydalara və adətlərə zidd olan qeyri-real və əsassız tələblər irəli sürməkdən çəkinsin, konstruktiv və ağlabatan yanaşmanı mənimsəsin", - deyib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 Aprel 2025 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see171

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see146

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see138

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri