Əraqçi: Azərbaycan Prezidenti nüvə danışıqları ərəfəsində Pezeşkianla əlaqə saxladı
Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.
ABŞ ilə İran arasında aparılan nüvə danışıqları ərəfəsində regionun yeddi ölkəsinin lideri, o cümlədən Azərbaycan Prezidenti rəsmi Tehranla təmasda olub.
Hurriyyet.az Telegraf-a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi yerli mətbuata açıqlamasında bildirib.
Nazir qeyd edib ki, budəfəki danışıqların 2013-2015-ci illərdəki prosesdən əsas fərqi region ölkələrinin məsələdə ciddi iştirakıdır:
"Son danışıqlar raundu başlamazdan əvvəl regionun yeddi ölkəsinin lideri cənab Prezident Məsud Pezeşkianla telefon əlaqəsi saxlayıb. Onlar danışıqlarla bağlı müzakirələr aparıb, təkliflər verib və İranın müsbət cavab verməsini xahiş ediblər. Bu ölkələr Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Misir və Azərbaycandır".
XİN rəhbəri əlavə edib ki, region ölkələrinin bu təşəbbüsü gərginliyin azaldılmasında və tərəflərin danışıqlara təşviq edilməsində mühüm rol oynayıb.
"Biz onların xoş niyyətinə və səmimi səylərinə hörmətlə yanaşırıq", – Əraqçi vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 08 Fevral 2026 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















