Icma.az
close
up
RU
Əraqçi Azərbaycana səfərinin nəticələrini açıqladı

Əraqçi Azərbaycana səfərinin nəticələrini açıqladı

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tehran və Bakı qarşılıqlı hörmətə əsaslanan ortaq, təhlükəsiz və şərəfli gələcək qurmaq əzmindədir.

Globalinfo.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib.

O, “Instaqram” səhifəsində bu yaxınlarda Azərbaycan Respublikasına səfəri zamanı Tehran-Bakı əlaqələrinin planları, hədəfləri və perspektivləri barədə məlumat verən paylamında yazıb:

“Azərbaycan Respublikasının paytaxtı Bakıya son səfəri zamanı (6 və 7 dekabr) mən möhtərəm Prezident Zati-aliləri cənab İlham Əliyev, hörmətli xarici işlər naziri Zati-aliləri cənab Ceyhun Bayramov, Baş nazir müavini Şahin Mustafayev və Milli Məclisin hörmətli sədri Sahibə Qafarova ilə ətraflı və konstruktiv görüşlər keçirdim”.

Xarici işlər naziri əlavə edib: “İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında coğrafi qonşuluq hüdudlarından kənarda olan əlaqələr Arazın hər iki sahilindəki xalqların qədim qohumluğuna söykənən dərin tarixi, mədəni və sivilizasiya əlaqələrinin təzahürüdür.

Bu əlaqələr bu gün bütün sahələrdə, o cümlədən iqtisadi və tranzit, siyasi, mədəni və humanitar sahələrdə genişlənir və iki ölkə bu ümumi dəstəyə arxalanaraq əməkdaşlığı strateji səviyyəyə qaldırmaq əzmindədir.

Bütün görüşlərdə Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin qorunub saxlanmasının zəruriliyi bütün ölkələrin tərəqqisi və firavanlığı üçün ilkin şərt kimi vurğulanmış və bildirilmişdir ki, heç bir üçüncü tərəf iki ölkə arasında konstruktiv münasibətlərə mənfi təsir göstərə bilməməlidir. Tehran və Bakı qarşılıqlı hörmətə əsaslanan ümumi, təhlükəsiz və şərəfli gələcək qurmaq əzmindədir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Dekabr 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see360

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see358

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see319

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see308

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see307

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see292

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see290

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see281

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see249

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see247

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see238

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see233

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see230

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see229

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see220

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see213

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see191

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see189

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri