Əraqçi BMT Baş katibi və Təhlükəsizlik Şurasına məktub ünvanlayıb
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrailin ölkəyə hücumlarından sonra BMT-nin Baş katibi və Təhlükəsizlik Şurasının sədrinə məktub göndərib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
Məktubda qeyd olunub ki, ABŞ və İsrail qanunsuz hərəkətlərin bütün nəticələrinə, o cümlədən bundan qaynaqlanan hər hansı gərginliyin artmasına görə tam və birbaşa məsuliyyət daşıyır.
Xatırladaq ki, ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. Donald Tramp iranlı hərbçilərə silahı yerə qoymağı və ya ölməyi təklif edib. İsrail və ABŞ tərəfinin səhər saatlarında endirdiyi zərbələr zamanı İranın Minab şəhərində bir məktəb hücuma məruz qalıb. Respublikanın Səhiyyə Nazirliyinin məlumatına görə, hücum nəticəsində 70 nəfər həlak olub, daha 80 nəfər isə yaralanıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 28 Fevral 2026 20:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















