Əraqçi: Davos dəvətim ABŞ və İsrailin siyasi təzyiqi ilə ləğv edildi
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
İranın xarici işlər naziri Abbas Əraqçi Davosda keçiriləcək Dünya İqtisadi Forumuna (WEF) dəvətinin ləğv edildiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, bu qərarın “İsrail və ABŞ-dan qaynaqlanan yalanlar və siyasi təzyiqlər” nəticəsində verildiyini bildirib.
Turkustan.az xəbər verir ki, Əraqçi X sosial media hesabında paylaşdığı açıqlamada deyib:
“Dünya İqtisadi Forumu İsrail və ABŞ-da yerləşən nümayəndə və müdafiəçilərinin yalanları və siyasi təzyiqi səbəbindən Davosda iştirakımı ləğv etdi.”
Əraqçi İranda son dövrlərdə görülən təhlükəsizlik tədbirlərinin “silahlı zorakılığa və İŞİD tipli qətllərə cavab” olduğunu iddia edərək, bu hərəkətlərin Mossad tərəfindən açıq şəkildə dəstəkləndiyini irəli sürüb.
O, İsrail Prezidenti İsaak Herzoqun 2024-cü ilin əvvəlində, İsrailin Qəzzada hərbi əməliyyatlar apardığı bir vaxtda Davosda iştirak etdiyini xatırladaraq bildirib:
“Kədərli ironiya ondan ibarətdir ki, fələstinlilərə qarşı törədilən və minlərlə mülki şəxsin həyatına son qoyan hadisələr Dünya İqtisadi Forumunu İsrail rəsmilərinə göndərilən dəvətləri ləğv etməyə vadar etmədi.”
Əraqçi WEF-in İsrail rəsmilərinə qarşı heç bir addım atmamasını “ikili standartlar”, “mənəvi tənəzzül” və “intellektual çöküş” kimi qiymətləndirib. O, paylaşımında son etirazlar zamanı baş verən zorakılıqları əks etdirən görüntüləri də yayımlayıb.
Nazirin paylaşdığı materiallarda təhlükəsizlik əməkdaşlarına qarşı silahlı hücumlar, mülki şəxslərə yönəlmiş zorakılıqlar, partlayışlar və ölkənin müxtəlif şəhərlərində baş verən xaos səhnələri yer alıb.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 20 Yanvar 2026 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















