Əraqçi Fidana iğtişaşların səbəblərini açıqlayıb
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İran və Türkiyənin xarici işlər nazirləri Abbas Əraqçi ilə Hakan Fidan regiondakı son hadisələri müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, İranın XİN rəhbəri türkiyəli həmkarına ölkəsində son günlərdə baş verən hadisələr və xalqın dinc etirazlarının zorakılığa keçməsi barədə danışıb. A.Əraqçi vurğulayıb ki, zorakılığın katalizatoru başqa dövlətlərlə əlaqəli elementlər olub, bu da bir neçə İran vətəndaşının ölümü ilə nəticələnib.
O, Fidanla söhbətində ölkədəki vəziyyətə xarici müdaxiləni və iğtişaşların səbəblərini açıqlayıb.
Qeyd edək ki, Türkiyə və İran XİN rəhbərləri arasında son sutka ərzində iki dəfə telefon danışığı olub.
Baxış sayı:109
Bu xəbər 14 Yanvar 2026 19:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















