Əraqçi filippinli həmkarına 34 günlük savaş barədə məlumat verib
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İranın xarici işlər naziri Abbas Əraqçi filippinli həmkarı Mariya Tereza Lazaro ilə telefon danışığı aparıb və Yaxın Şərqdəki gərginliyi müzakirə edib.
Moderator.az xəbər verir ki, bu barədə A. Əraqçi özünün "Telegram" kanalında məlumat yayıb.
Lazaro Əraqçi ilə söhbət zamanı ABŞ və İsrailin hərbi hücumu zamanı Ali rəhbər (Əli Xamenei) və bir qrup İran rəsmisinin, eləcə də vətəndaşlarının ölümü ilə əlaqədar başsağlığı verib.
O, müharibənin tezliklə sona çatmasına və regionda dayanıqlı sülh, sabitliyin bərqərar olmasına ümid etdiyini bildirib.
Əraqçi filippinli həmkarına 34 günlük müharibə barədə məlumat verib və Hörmüz boğazının bloklanmasını ABŞ ilə İsrailin hücumları ilə əlaqələndirib:
"İran regiondakı gərginliyə baxmayaraq, düşmən olmayan ölkələrin üzən vasitələri və gəmilərinin təhlükəsiz hərəkətinə şərait yaradıb".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 02 Aprel 2026 19:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















