Əraqçi Hörmüz boğazından danışdı: Onlara açıqdır…
Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
“Hörmüz boğazında baş verən hər hansı bir təxribat regiondakı vəziyyəti daha da pisləşdirə bilər”.
Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi fransalı həmkarı Jan-Noel Barro ilə telefon danışığı zamanı deyib.
Əraqçi əlavə edib ki, Hörmüz boğazı İrana qarşı hərbi təcavüzdə iştirak edən tərəflərin gəmiləri üçün bağlıdır:
“Təcavüzkarların və onların tərəfdarlarının, o cümlədən BMT Təhlükəsizlik Şurasının Hörmüz boğazındakı vəziyyətlə bağlı hər hansı təxribatçı hərəkətləri vəziyyəti daha da çətinləşdirəcək”.
Agentliyin məlumatına görə, Fransa xarici işlər naziri də öz növbəsində Parisin mövqeyini təkrarlayaraq İrana qarşı tətbiq edilən müharibəyə və mülki hədəflərə hücumlara qarşı çıxıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:201
Bu xəbər 30 Mart 2026 21:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















