Əraqçi Hörmüz boğazını omanlı həmkarı ilə müzakirə etdi
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
İranın xarici işlər naziri Abbas Əraqçi omanlı həmkarı Bədr əl-Busaidi ilə telefon danışığında Hörmüz boğazının idarə olunması və regional təhlükəsizlik məsələlərini müzakirə edib.
Modern.az xəbər verir ki, Əraqçi bu barədə X sosial şəbəkəsində paylaşım edib.
“Çox məhsuldar telefon danışığı zamanı xarici işlər naziri Bədr əl-Busaidi ilə İranın istənilən təhdid qarşısında Omanla həmrəyliyini ifadə etdim. Hörmüz boğazını və onun gələcək idarə olunmasını suveren öhdəliklərimiz və beynəlxalq hüquq çərçivəsində müzakirə etdik. Bütün qonşu dövlətlərlə məsləhətləşmələri alqışlayırıq”, — iranlı nazir bildirib.
Qeyd edək ki, Hörmüz boğazı qlobal enerji daşımalarının əsas marşrutlarından biri hesab olunur və bölgədə artan gərginlik fonunda onun təhlükəsizliyi diqqət mərkəzindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 29 May 2026 21:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















