Əraqçı Hörmüz dalanı ndan çıxmağın şərtini AÇIQLADI
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçı özünün "Telegram" kanalında yazıb.
"Şərtlərimiz aydındır və Hörmüz boğazının açılması istiqamətində hər bir addım bu şərtlərin yerinə yetirilməsindən asılıdır. Yalnız danışıqlar yolu ilə tapılan həll onları bu çıxılmaz vəziyyətdən çıxara bilər", - deyə nazir qeyd edib.
Eyni zamanda, Əraqçının sözlərinə görə, vasitəçilər hələlik Vaşinqtonun yekun mövqeyini rəsmi şəkildə Tehrana çatdırmayıblar. "Biz vasitəçilərin yekun mövqeyi bizə ötürəcəyini gözləyirik və bunun əsasında qərar qəbul edəcəyik", - deyə o bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Əraqçı Tehranın Vaşinqtona Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpası üzrə yeddigünlük plan təqdim etdiyini bildirmişdi. Bu plan üzrə əsas tədbirlərin dörd-beş gün ərzində həyata keçirilməsi, altıncı gün boğazın açılması, yeddinci gün isə yekun sazişin bağlanmasını nəzərdə tutulur.
Baxış sayı:126
Bu xəbər 27 Sentyabr 2026 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















