Əraqçi: Müvəqqəti atəşkəs müharibənin təkrarlanması deməkdir
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin münaqişəyə müvəqqəti deyil, tam və qəti şəkildə son qoyulmasını istədiyini bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
A.Əraqçinin sözlərinə görə, son müharibə zamanı Tehran atəşkəs deyil, döyüşlərin birdəfəlik dayandırılmasını istəyib.
O, müvəqqəti atəşkəsin yalnız münaqişənin yenidən alovlanmasına gətirib çıxaran dövrü təkrarlayacağına inandıqlarını vurğulayıb.
Nazir bildirib ki, müharibənin ilk günlərində "15 maddəlik təslim sənədi" ilə çıxış edən Vaşinqton müxtəlif təzyiq vasitələrindən nəticə əldə edə bilmədikdən sonra "14 maddəlik anlaşma memorandumu"nun müzakirəsinə getməyə məcbur olub.
A.Əraqçinin sözlərinə görə, İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə fikir ayrılıqlarını Pakistanın vasitəçiliyi sayəsində dialoq yolu ilə həlli üçün imkan yaradıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 18 Avqust 2026 23:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















