Əraqçi Xaməneinin xüsusi məktubunu Putinə təqdim edəcək
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin xüsusi məktubunu Rusiya Prezdenti Vladimir Putinə təqdim etmək üçün Moskvaya səfər edib.
Bakıvaxtı.az İRNA-ya istinadən xəbər verir ki, bu barədə o, Moskvaya səfərinin məqsədi barədə danışarkən deyib.
Bildirilib ki, A.Əraqçinin Rusiyaya səfəri zamanı ABŞ-İran arasında Omandakı aprelin 12-də birinci və aprelin 19-da keçiriləcək ikinci görüşlə bağlı məsələnin də müzakirə ediləcəyi gözlənilir.
“Tasnim” xəbər agentliyinin məlumatına görə, ölkənin xarici işlər nazirinin müavini Kazem Qəribabadi ABŞ-İran görüşünə həsr olunan mətbuat konfransında danışıqların predmeti haqda bunları deyib: “Gündəlikdə sanksiyaların ləğvi və nüvə problemi var. Biz başqa məsələləri müzakirə etməyəcəyik”.
O, ikinci raund danışıqların İtaliyanın paytaxtı Romada keçiriləcəyini qeyd edərək bildirib ki, görüşün keçirilmə yerindən asılı olmayaraq, vasitəçi kimi çıxış edən ölkə Omandır:
“Biz danışıqların yeri və vaxtı ilə bağlı vaxt sərf etməməliyik. Görüşün yerini iki-üç dəfə dəyişdirmək barədə razılaşmışdıq. Ona görə də bu məsələnin əhəmiyyəti yoxdur”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 17 Aprel 2025 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















