Icma.az
close
up
RU
Əraqçiyə qarşı ittihamlar nə ilə nəticələnəcək? ŞƏRH

Əraqçiyə qarşı ittihamlar nə ilə nəticələnəcək? ŞƏRH

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Abbas Əraqçi ətrafında impiçment məsələsinin gündəmə gəlməsi İran daxilində xarici siyasətlə bağlı fikir ayrılıqlarının artıq parlament səviyyəsinə daşındığını göstərir.

XİN rəhbərinə qarşı irəli sürülən iradlar təkcə onun şəxsi fəaliyyəti ilə məhdudlaşmır. Məsələ daha geniş mənada İranın son dövrdə üzləşdiyi xarici siyasət problemləri, Qərblə münasibətlər və danışıqlar xətti ilə bağlıdır. Bu baxımdan Əraqçiyə yönələn təzyiq həm də hökumətin xarici siyasət kursuna qarşı təzyiq kimi qiymətləndirilə bilər.

Əraqçi uzun illər İran diplomatiyasının əsas simalarından biri olub və xüsusilə nüvə danışıqlarında iştirakına görə tanınır. Məhz onun danışıqlar diplomatiyasına yaxın fiqur olması parlamentdə daha sərt mövqe tutan qüvvələrin tənqidlərini artıran amillərdən biridir. Xarici siyasətdə əldə olunmayan nəticələr, sanksiyalar və ABŞ ilə münasibətlərdə davam edən gərginlik fonunda məsuliyyətin müəyyən hissəsinin XİN rəhbərinin üzərinə qoyulması cəhdləri görünür.

Burada diqqətçəkən başqa məqam İran daxilində qərarların yalnız Xarici İşlər Nazirliyi tərəfindən müəyyənləşdirilməməsidir. Ölkənin xarici və təhlükəsizlik siyasətində Ali rəhbər, Ali Milli Təhlükəsizlik Şurası, hökumət və digər güc mərkəzləri mühüm rol oynayır. Buna görə də bütün xarici siyasət uğursuzluqlarının Əraqçinin üzərinə qoyulması İranın qərar qəbuletmə mexanizmini tam əks etdirmir. Bununla belə, nazir parlament qarşısında hesabat verən siyasi fiqur olduğundan narazılıqların əsas ünvanlarından birinə çevrilir.

Əraqçiyə qarşı prosesin güclənməsi İran daxilində siyasi mübarizənin də sərtləşdiyini göstərə bilər. Parlamentdə hökumətin diplomatik xəttini kifayət qədər sərt hesab etməyən qüvvələr XİN rəhbərinin fəaliyyətini təzyiq vasitəsinə çevirə bilərlər. Belə vəziyyətdə impiçment təşəbbüsü yalnız nazirin dəyişdirilməsi məsələsi deyil, hökumətə verilən siyasi mesaj xarakteri də daşıyır.

Digər tərəfdən, xarici işlər nazirinin dəyişdirilməsi İranın qarşılaşdığı əsas problemləri avtomatik həll etməyəcək. Sanksiyalar, nüvə proqramı ətrafındakı mübahisələr, ABŞ ilə gərginlik və regiondakı təhlükəsizlik problemləri bir şəxsin fəaliyyəti ilə bağlı məsələlər deyil. Yeni nazir təyin olunsa belə, İranın xarici siyasətinin əsas istiqamətlərinin dəyişməsi üçün daha geniş siyasi qərarların qəbul edilməsi tələb olunur.

Buna görə Əraqçi ətrafında yaranmış vəziyyətə yalnız mümkün kadr dəyişikliyi kimi baxmaq düzgün olmazdı. Məsələ İran siyasi sistemində xarici siyasətin hansı istiqamətdə aparılması ilə bağlı daxili mübahisələrin göstəricisidir. Əgər parlament təzyiqi daha da güclənərsə, bu, hökumətin diplomatik manevr imkanlarını da məhdudlaşdıra bilər. Əraqçinin siyasi taleyindən asılı olmayaraq, əsas sual İranın mövcud xarici siyasət böhranından hansı xəttlə çıxmağa çalışacağıdır.

Alim Nəsirov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 08 Oktyabr 2026 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see307

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see304

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see295

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see265

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see260

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see252

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see248

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see243

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see241

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see218

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see216

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see216

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see215

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see212

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see202

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see194

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri