Icma.az
close
up
RU
Eras turu: 149 konsert, bilet satışından 2 milyard dollar gəlir Tarixi rekord

Eras turu: 149 konsert, bilet satışından 2 milyard dollar gəlir Tarixi rekord

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Amerikalı pop müğənni Teylor Svift dekabrın 8-də Vankuverdə demək olar ki, iki illik Eras qastrolunu başa vurub və bu, bütün zamanların ən uğurlu kommersiya turu olub: Təkcə bilet satışından 2 milyard dollardan çox pul toplayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian” məlumat yayıb.

Müğənninin şirkəti "Taylor Swift Touring" bilet gəlirinin yekun məbləğini təsdiqləyib: 2 077 618 725 dollar.

Son turda Teylor Svift 149 konsert verib. O, bütün albomlarından mahnılar ifa edib və hər bir konsert üç saat yarımdan çox davam edib. Bundan əlavə, qastrol səfəri zamanı o, aprel ayında təqdim etdiyi yeni studiya albomu "The Tortured Poets Department"i hazırlayıb.


Turboyu hər konsert üçün biletlər orta hesabla 204 dollar olub. Tələbat o qədər böyük olub ki, biletlər 2022-ci ilin noyabrında satışa çıxarıldıqda, 3,5 milyard sorğu edildiyi üçün "Ticketmaster" sistemi çöküb.

Teylor Sviftin Melburndakı konsertini ən çox - 96 006 nəfər izləyib. Londonun Uembli stadionu ən çox pərəstişkar toplayıb: 8 konsert üçün onu 753 112 nəfər ziyarət edib. Ən yüksək tək konsert tamaşaçıları "Melbourne Cricket Ground"da üç konsertdən biri olub - 96.006 nəfər.

2 milyard dollardan çox rəqəm suvenir məhsullarının satışından əldə edilən əhəmiyyətli gəliri nəzərə almır, çünki konsert məkanlarından kənarda nəhəng mağazalar açılıb, burada başlıqlar, bilərziklər və digər əşyalar satılıb.


2023-cü ilin oktyabrında nümayiş olunan tur haqqında konsert filmi kassada 261 milyon dollar gəlir əldə edib ki, bu da Castin Biberin 2011-ci ildə "Never Say Never" filminin qazandığı 99 milyon dolları geridə qoyaraq, bu çaplı film üçün rekord olub.

Eras turu Elton Conun 328 şoudan 939 milyon dollar qazanan beş illik "Fewell Yellow Brick Road” turunun rekordunu qırıb.

Bu arada "Coldplay"ın "Music of the Spheres" turu artıq 1 milyard dollar həddini keçib. Onların konsertləri 2025-ci ilin ortalarına qədər davam edəcək və musiqiçilər Teylor Sviftlə rəqabət apara biləcəklər.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:278
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Dekabr 2024 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri