Ərazi hasarlanıb, yolun hərəkət hissəsi tutulub (ŞİKAYƏT)
Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.
Bakıda hasarlanmış ərazinin qəzaya səbəb olduğu iddia edilir.
"Xəzər Xəbər"in qaynar xəttinə paytaxt ərazisində yerləşən 86 nömrəli məktəbin yaxınlığındakı ərazinin hasarlanması nəticəsində qəza baş verməsi iddiası ilə bağlı müraciət daxil olub. İddialara görə, yolun hərəkət hissəsi tutulub.
Ərazidə yaşayanlar və yaxınlıqda çalışanlar deyiblər ki, burada mütəmadi qəza şəraiti yaranır. Dəmir hasar sürücülərdə görüntü məhdudiyyəti yaratdığından qəzalar qaçılmaz olur.
Hasarlanmış ərazidə tikinti işləri aparan "İnam 2019" MMC-dir.
Şirkətdən bildirilib ki, sözügedən ərazi onların mülkiyyətindədir və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş çıxarışla rəsmiləşdirilib: "Ərazi qanunvericiliyin tələblərinə uyğun olaraq hasarlanıb. Hərəkətin təşkilinə heçbir maneə yaratmır”.
Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, həmin ərazi özəl mülkiyyətdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 07 May 2026 09:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















