Əraziyə qoşun göndərildi: müharibə anonsu verildi
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“ABŞ Prezidenti Donald Tramp orduya Qrenlandiyanı işğal etməyi əmr etsə, müharibə olacaq və biz bir-birimizlə vuruşacağıq”.
Globalinfo.az xəbər verir ki, bunu Danimarka parlamentinin müdafiə komitəsinin rəhbəri Rasmus Jarlov “CNN”ə verdiyi müsahibədə deyib.
“Əlbəttə ki, biz Qrenlandiyanı müdafiə edəcəyik. Qrenlandiyanı ələ keçirmək cəhdləri ABŞ üçün fəlakətli olacaq”, – deyə o bildirib.
Digər tərəfdən, “Berlingske” qəzetinin məlumatına görə, Baş Qərargah rəisi Peter Boyesenin rəhbərlik etdiyi Danimarka hərbçiləri təlimlər üçün Qrenlandiyanın paytaxtı Nuuk şəhərinə eniş ediblər:
“Qoşunların ümumi sayı 58 nəfərdir. Onlar əvvəllər Qrenlandiyaya göndərilmiş təxminən 60 əsgərdən ibarət qrupa qoşulublar. Təlimlərin məqsədi kəskin münaqişələr zamanı adanın müdafiəsini təmin edə bilməkdir”.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 20 Yanvar 2026 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















