Icma.az
close
up
RU
Ərdəhan, Qars, İğdırda coşqulu Zəfər bayramı tədbirləri

Ərdəhan, Qars, İğdırda coşqulu Zəfər bayramı tədbirləri

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Noyabrın 7-də Türkiyənin Ərdəhan Universitetinin İqtisadiyyat və inzibati elmlər fakültəsinin konfrans zalına bu ali təhsil ocağının məzunu və 44 günlük Qarabağ müharibəsinin şəhidi Mustafa Kərimovun adının verilməsi mərasimi keçirildi.

Tədbirdə şəhidimizin anası, atası, bacısı ilə yanaşı, Milli Məclisin komitə sədrləri Anar İsgəndərov və Şahin İsmayılov, Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı, Ərdəhan şəhərinin, universitetinin rəhbərləri, Türkiyə təhlükəsizlik qüvvələrinin və Müdafiə Nazirliyinin əməkdaşları, tələbələr və hər iki qardaş ölkədən ictimaiyyət nümayəndələri iştirak edirdi. Mərasim iştirakçıları Azərbaycan və Türkiyə qəhrəmanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib, Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib. Azərbaycanın Vətən müharibəsində tarixi Qələbəsinin beşinci ildönümünə həsr olunmuş videoçarx və şəhid Mustafa Kərimovun Ərdəhan Universitetində tələbə olduğu dövrə aid fotoşəkillər nümayiş olunub. Tələbə yoldaşlarının, rektorun, prorektorun, şəhidin atası Mais Kərimovun, Milli Məclisin üzvləri professor Anar İsgəndərovun,  Şahin İsmayılovun, Azərbaycan səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, səfirliyin hərbi attaşesinin köməkçisi, polkovnik Polad Süleymanovun, Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyevin çıxışları hər kəsi təsirləndirib. 

Universitetdə Mustafa Kərimov adına konfrans zalının açılışını bildirən lent kəsilib, anası, bacısı vaxtilə Mustafanın əyləşdiyi auditoriyadakı stulda onun tələbə dostları ilə yanaşı əyləşib. Unudulmaz görüşlərin hər anı Türkiyə-Azərbaycan qardaşlığının təcəssümünə çevrilib.

Noyabrın 8-də bir qrup diplomat, Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri, hərbçilər və ictimaiyyət nümayəndələri Qars şəhərindəki Heydər Əliyev Parkını ziyarət edib, abidə önünə gül dəstələri düzüb, xatirə şəkilləri çəkdirib. Konsul Zamin Əliyev bu sevincini də ilk dəfə bölüşüb ki, şəhər rəhbərliyi ilə əldə olunmuş razılığa əsasən, daha geniş bir ərazidə həm Ümummilli liderin, həm də Qarabağ, Şuşa zəfərinin şərəfinə park, abidə kompleksinin inşaı üçün yaxınlarda torpaq sahəsi ayrılacaqdır.

Zəfər bayramı günü Qarsdakı Baş Konsulluq, Qafqaz Universitetinin rektorluğu və Qars Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Qars Qafqaz Universitetinin Konqres Mərkəzində 44 günlük Vətən müharibəsində Azərbaycanın Zəfərinin beşinci ildönümünə həsr olunmuş təntənəli tədbirlər keçirilib. Öncə Heydər Əliyev Tədris Mərkəzində Xəzər Universitetinin Müşahidə Şurasının sədri, professor Hamlet İsaxanlının “Mənim Qarabağım və ya Qarabağ düyünü” kitabının təqdimat mərasimi olub. İki qardaş ölkənin diplomatları, alimləri, tələbələri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri açan Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova müəllifin geniş ictimai və elmi fəaliyyəti, onun təhsil sisteminin inkişafına və Azərbaycanın reallıqlarının təbliğinə verdiyi töhfələr barədə iştirakçılara məlumat verib, Cənubi Qafqazın tarixi reallıqlarına dair əsərin nəşrinin əhəmiyyətini vurğulayıb. Nəşrin müəllifi Hamlet İsaxanlı çıxışında bildirib ki, kitabını Azərbaycan və erməni xalqları arasındakı münasibətlərin tarixinin və obyektiv təhlilinin araşdırılmasına, həmçinin regionun gələcəyinin necə ola biləcəyi ilə bağlı suallara cavab axtarışına həsr edib. Müəllim və tələbələrin çıxışları dinlənilib, müəllifin şeirləri əzbər səslənib, çoxsaylı sualları cavablandırılıb.

Universitetin Türkiyə və Azərbaycan bayraqları ilə bəzədilmiş Konqres Mərkəzinin binasının foyesində Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsinə həsr olunmuş fotosərgi nümayiş etdirilib. TBMM üzvləri, hər iki ölkədən şəhidlərin doğmaları, Qars Valiliyinin Administrasiyasının nümayəndələri, hərbi qulluqçular, diplomatlar, alimlər, Türkiyə universitetlərinin müəllim və tələbələrin iştirakı ilə təntənəli bayram tədbiri keçirilib. Rəsmilərin təbrik çıxışlarından sonra elan olunub ki, Azərbaycan Respublikasının Qarsdakı baş konsulluğu, Qars Qafqaz Universiteti və Türk Ocaqları Birliyinin Vətən müharibəsində xalqımızın qazandığı şanlı Zəfərin 5 illiyinə həsr olunmuş beynəlxalq "Qarabağ Zəfəri beynəlxalq şeir yazma yarışması"na yekun vurulub. 3 ay əvvəl elan olunmuş müsabiqəyə beş ölkədən 173 müəllif qatılıb. Təcrübəli şeir, sənət mənsublarından və nüfuzlu filoloq-alimlərdən ibarət münsiflər heyəti hər bir şeiri diqqət, qayğı ilə dəyərləndirilib və əvvəlcədən elan olunduğu kimi, sonda 3 ən yaxşı şeir seçilib, bu təqdim olunan şeirlər kitab şəklində nəşr ediləcəkdir. Azərbaycandan Hacı Abdulla (Hacı Nərimanoğlu) müsabiqədə 2-ci yerə layiq görülüb. Hər 3 qalibə mükafatlar, xatirə hədiyyələri təqdim olunub, çıxışları dinlənilib. Qeyd edək ki, Hacı Nərimanoğlu Azərbaycan Yazıçılar Birliyinin üzvü, tarix üzrə fəlsəfə doktoru, "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin sədri, Qarabağ müharibəsi veteranıdır. Qars şəhərindəki təntənəli tədbirlər Azərbaycan musiqiçilərinin təqdim etdiyi coşqulu konsert sevinclə, hərarətli alqışlarla sona yetib.

9 noyabrda İğdır şəhərində Azərbaycanın Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib. Tədbir İğdır vilayəti Valisinin Administrasiyası, Azərbaycanın Qarsdakı Baş Konsulluğu və İğdır Azərbaycan Evi tərəfindən təşkil olunmuşdu. Tədbir iştirakçıları əvvəlcə Qarabağ müharibəsi şəhidlərinin xatirəsini ehtiramla yad ediblər. Daha sonra Azərbaycanın tarixi Zəfəri haqqında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxış, görüşlərindən fraqmentlər əsasında hazırlanmış videoçarx nümayiş olunub. Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev tarixi Zəfərin ölkə və bütövlükdə region üçün əhəmiyyətini vurğulayaraq qeyd edib ki, Azərbaycanın nüfuzunun və gücünün artması Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasəti ilə ayrılmaz şəkildə bağlıdır, Türk dünyasında birlik və həmrəyliyin möhkəmlənməsinə stimul verən amildir. İğdır Universitetinin rektoru, professor Ekrem Gürel işğaldan azad edilmiş Qarabağdan yenicə gəldiyini, Qarabağın indi nəhəng tikinti, bərpa, quruculuq meydanına çevrildiyini bildirib, səmimi bayram təbrikini Azərbaycana ünvanlayıb. İğdır Azərbaycan Evinin rəhbəri, əslən Qərbi Azərbaycandan olan istedadlı yazar Ziya Zakir Acarın ürəkdən gələn açılış nitqi də olduqca təsirli idi, o, Türkiyədə də minlərlə azərbaycanlının tarixi yurd yerlərinə sərbəst gediş-gəlişinə şərait yaradılacağı günləri ümidlə gözlədiyini bildirib.

Bütün tədbirlərdə, görüşlərdə son aylarda Qars Konsulluğunun əməkdaşlarının başda konsul Zamin Əliyev olmaqla Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsi yolunda yorulmaz fəaliyyətini, bölgənin hökumət strukturları ilə sıx əlaqə qurmasını, çoxsaylı Azərbaycan vətəndaşlarının qayğı və problemlərinin həlli üçün göstərdikləri diqqət və qayğısını yüksək dəyərləndiriblər, keçirilən yüksək səviyyəli Zəfər bayramı tədbirlərinin həm də konsulun şəxsi hörmət və nüfuzu ilə bağlı olduğunu vurğulayıblar.

 Zəfər ovqatlı bu tədbir də əslən İğdırdan olan xanəndəmiz Elgiz Əliyevin rəhbərlik etdiyi musiqiçilər heyətinin unudulmaz konsert proqramı ilə, İğdır sakinlərinin də sürəkli alqışları ilə başa çatıb.

Hacı Nərimanoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Noyabr 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see406

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see308

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see251

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see237

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see226

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see223

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see211

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see210

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see199

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see192

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see188

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see186

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see185

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see184

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see183

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see183

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see182

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see170

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see169

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri