Ərdoğan: 15 iyul gecəsində Türkiyənin Türkiyədən böyük olduğu dərk edildi
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
"15 iyul gecəsində Türkiyənin Türkiyədən böyük olduğu dərk edildi".
Oxu.Az-ın Ankaraya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində 15 İyul - Demokratiya və Milli Birlik Günü münasibətilə TBMM-də "Zəfərin adı Türkiyə" mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, türk xalqı həmin gecə qanı ilə, canı ilə, bütün varlığı ilə qiyamətə qədər anılacaq şanlı bir dastan yazdı:
"Bu dastan cəsur türk xalqı ilə vətənini satanların mübarizəsi idi və türk xalqı xain manqurtlara qalib gəldi".
"Dünyanın hər tərəfində bizim üçün Quran oxundu, dualar edildi. O gecə millət olma şüurunu bir daha gördük", - deyə Türkiyə prezidenti əlavə edib.
Mərahim Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 15 İyul 2025 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















