Icma.az
close
up
RU
“Ərdoğan 2028 ci ildə də vəzifəsinə davam etməlidir ”MHP tam dəstək verəcək”

“Ərdoğan 2028 ci ildə də vəzifəsinə davam etməlidir ”MHP tam dəstək verəcək”

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

““Sosial medianın kökü kəsilməlidir” 

Milliyyətçi Hərəkət Partiyasının (MHP) sədri Dövlət Baxçalı uzun müddətdən sonra verdiyi açıqlamada İstanbul Böyükşəhər Bələdiyyə Başqanlığı (İBB) ilə bağlı məhkəmə araşdırmalarından tutmuş, CHP daxilindəki problemlərə, sosial mediaya və Prezident Rəcəb Tayyib Ərdoğanla münasibətlərinə qədər bir sıra mövzuları şərh edib.

İBB ilə bağlı məhkəmə araşdırmaları barədə danışan MHP lideri bildirib ki, kim haqlıdırsa, bəraət qazanmalı, cinayətkarlardırsa qanuni şəkildə cəzalandırılmalıdır:  “İddianamələr oktyabr ayı ərzində hazırlanmalı, ictimaiyyətə açıqlanmalı və məhkəmə prosesi başlamalıdır. Qısa zamanda nəticələnə biləcək bir iş mühiti təmin edilməlidir. Bunun üçün çox dəyərli hüquq-mühafizə nümayəndələri var və onlara güvənməliyik”.

O, həmçinin CHP-nin məhkəmə proseslərinin canlı yayımlanması tələbinə də dəstək verib: “CHP rəhbərləri proseslərin canlı yayımlanmasını istəyirdi. Bizcə heç bir problem yoxdur. Türk xalqı hər şeyi görməlidir. İnsanların beyinlərini dolduracaq debatlar əvəzinə, məhkəmə qarşısında baş verən prosesləri izləmək daha doğru olar”.

Baxçalı sosial medianın ailə və cəmiyyət strukturlarına təsiri barədə sərt mövqe nümayiş etdirib: “Sosial medianın kökü kəsilməlidir. Həm ailə quruluşumuz, həm ictimai sülhümüz, həm də həmrəyliyimiz və yeni nəsilimizin sağlam yetişməsi üçün diqqətli olmaq lazımdır. Mənə qalsa, yarım saat ərzində bütün sosial medianı bağlayardım”.

MHP lideri Prezident Ərdoğanla münasibətlərin şəxsi dostluqdan deyil, siyasi mövqeyə hörmətdən qaynaqlandığını bildirib: “Cənab Prezidentə qarşı münasibətimiz şəxsi dostluqdan ziyadə, onun tutduğu mövqeyə MHP-nin göstərdiyi hörmətə əsaslanır. Bu hörmət qarşılıqlı olduqda ortaq düşünmə və paylaşma imkanları yaranır. Hazırda tam dəstəyimizi veririk. Qarşıdakı şərtlər nə olursa olsun, Ərdoğan 2028-ci ildə də vəzifəsinə davam etməlidir və MHP ona tam dəstək verəcək”.

Baxçalı CHP-nin İstanbul İl Təşkilatında baş verən daxili gərginlikləri, partiya lideri Özgür Özəlin ritorikasını və partiyanın məhkəmə qərarlarına münasibətini də şərh edib. Onun fikrincə, bu, partiyanın daxili məsələsidir və MHP-nin gündəmində yer almır.

Rasim Əliyev

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 Sentyabr 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see447

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see280

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see207

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see190

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see183

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see180

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see179

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see177

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see160

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see159

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see157

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see150

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see149

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see144

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see141

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see139

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see135

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri