Icma.az
close
up
RU
Ərdoğan 4 “toxunulmaz” maddəni dəyişir? Türkiyədə dramatik hazırlıq

Ərdoğan 4 “toxunulmaz” maddəni dəyişir? Türkiyədə dramatik hazırlıq

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Son zamanlar Türkiyə Konstitusiyasının dəyişdirilməsi və bunun fonunda federativ idarəetmə sisteminə keçid, eləcə də kürdlərə federasiya verilməsi ilə bağlı müzakirələr intensivləşib.

Əslində bu iddialar yeni deyil. Sadəcə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 27-də yeni konstitusiya layihəsinin hazırlanması üçün 10 hüquqşünasdan ibarət komanda təyin etdiyini açıqlaması ilə bu müzakirələr daha da qızışdırdı.

Ərdoğan bildirib ki, mövcud konstitusiya 1980-ci il hərbi çevrilişindən sonra əlavələr olunaraq, yenidən qəbul edilib. O, ana qanunun demokratik prinsiplərlə uyğun gəlmədiyini söyləyib. Müxalifət və bəzi türk ekspertlər isə bu təşəbbüsün əsas hədəfinin Ərdoğanın 2028-ci ildən sonra da hakimiyyətdə qalmaq planı olduğunu irəli sürürlər.

Ərdoğan prinsipcə haqlıdır. Türkiyə Konstitusiyasının qəbulundan 100 ilə yaxın müddət keçib və bu müddət ərzində reallıqlar, cəmiyyətin strukturu, siyasi münasibətlər və geosiyasi mühit ciddi şəkildə dəyişib. Dünyada yeni idarəetmə tendensiyaları və hüquqi modellər meydana çıxıb. Belə şəraitdə konstitusiyanın yenilənməsi təklifi başadüşüləndir və məntiqidir.

Lakin eyni zamanda, müxalifətin Ərdoğanın bu təşəbbüsü hakimiyyətdə qalmaq məqsədi ilə irəli sürdüyünə dair iddiaları da tamamilə əsassız deyil.

Ərdoğanın konstitusiyanı dəyişdirmək istəyən tək aktor olmadığını da nəzərə almaq lazımdır. Bu istiqamətdə ən fəal tərəf kürd siyasi qüvvələridir. Xüsusilə DEM Partiyasının nümayəndələri yeni konstitusiyanın kürd kimliyini, dilini və mədəniyyətini tanımasını tələb edirlər.

PKK lideri Abdullah Öcalanın son çağırışında təşkilatın silahı yerə qoyması və özünü buraxmaq ehtimalı ilə bağlı açıqlamaları da bu tələbləri daha aktual və təcili xarakterə çevirib. DEM Partiyası və Öcalan bu məsələdə Ankaradan açıq mövqe və hüquqi zəmanət gözləyir.

Lakin bu tələblər mövcud Konstitusiyanın ilk dörd maddəsi ilə açıq şəkildə ziddiyyət təşkil edir. Kürd siyasi qüvvələrinin istəkləri yalnız mədəni və dil haqları ilə məhdudlaşmır. Onlar eyni zamanda siyasi iştirak, yerli idarəetmə və hüquqi təhlükəsizlik istəyirlər. Bu isə dövlətin “təməl sütunları” sayılan ilk dörd maddənin dəyişdirilməsini tələb edir. Qanunvericilik baxımından bu, mümkün deyil.

Türkiyə Konstitusiyasına görə ilk dörd maddənin dəyişdirilməsi təklif belə oluna bilməz. Əgər hər hansı siyasi qüvvə və ya lider bu maddələri dəyişdirməyə cəhd edərsə, bu cəhdin nəticələri həm hüquqi, həm də siyasi baxımdan olduqca ağır olar:

Birincisi, Konstitusiya Məhkəməsi bu cəhdin qarşısını alar, çünki 4-cü maddəyə əsasən bu maddələrin dəyişdirilməsi təklif belə edilə bilməz;

İkincisi, hər hansı referendum və ya qanun layihəsi bu səbəblə dərhal rədd edilər;

Üçüncüsü, təşəbbüs göstərənlərə qarşı Türkiyə Cəza Qanununun 309-cu maddəsi – “Konstitusiya quruluşunu zorla dəyişdirməyə cəhd” ittihamı ilə cinayət işi açıla bilər.

Bu, işin hüquqi tərəfidir. Lakin məsələnin ciddi siyasi nəticələri də olacaq. Milliyyətçi partiyalar – xüsusilə MHP və İYİ Partiyası – belə bir təşəbbüsə kəskin reaksiya verəcək. Hətta bu səbəblə AKP daxilində də parçalanma baş verə bilər. AKP-nin içindən bəzi milliyyətçi və dövlətçi fiqurlar bu cəhdə qarşı çıxa bilər.

Digər tərəfdən, müxalif qüvvələr bu təşəbbüsü “dövlətin bütövlüyünə və Atatürk irsinə qarşı təhdid” kimi təqdim edərək birləşə və ortaq hərəkətə keçə bilər.

Cəmiyyətin də bu cəhdə reaksiyası birmənalı olmayacaq. Xüsusilə İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlunun həbsi fonunda ortaya çıxan güclü ictimai etirazlar göstərdi ki, Türkiyə cəmiyyətinin mühüm hissəsi dövlət idarəçiliyi ilə bağlı prosesləri yaxından izləyir və ciddi narahatlıqları var.

Belə bir qərar daha geniş və kütləvi aksiyalara səbəb ola bilər. Hətta Türkiyə ordusu – baxmayaraq ki, siyasi proseslərdə rolu azalıb – konstitusiyaya sadiqlik andına əsaslanaraq bu məsələdə reaksiya göstərə bilər.

İndi isə əsas sual: Prezident Ərdoğan konstitusiyanın dəyişdirilməsi qadağan olunan maddələrinə toxunacaqmı? Və ya kürd tələbləri çərçivəsində federativ modelə keçidə razılıq verəcəkmi?

Mən bu ehtimalları çox zəif hesab edirəm. Ərdoğanın yeni konstitusiya təşəbbüsünün arxasında belə radikal məqsədlərin dayandığına inanmıram. Əksinə, bu təşəbbüslər daha çox idarəetmənin gücləndirilməsi, siyasi sistemdə mövqelərin qorunması və gələcək seçkilərdə hüquqi maneələrin aradan qaldırılması üçün həyata keçirilir.

Türkiyədə siyasi güc balansı və ictimai şüur səviyyəsi, həmçinin dövlətin qurucu fəlsəfəsi nəzərə alındıqda, federasiya və ya konstitusiyanın əsas sütunlarının dəyişdirilməsi yaxın və ya orta müddətdə mümkün görünmür. Ərdoğan da bu reallığı çox yaxşı bilir və məhz bu səbəbdən “islahat” ritorikasını daha çox siyasi gündəmi idarə etmək vasitəsi kimi istifadə edir.

Turan Rzayev 

Globalinfo.az-ın siaysət yazarı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 İyun 2025 20:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see207

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see176

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see142

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri