Ərdoğan: ABŞ İsrail İran müharibəsi regionu alova bürümədən dayandırılmalıdır
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-İsrail-İran müharibəsinin dayandırılması üçün hələ də bir ümidin olduğunu bildirib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan gərginliyin münaqişəyə çevrilməsinin qarşısını almaq, məsələnin danışıqlar yolu ilə həll olunmasını təmin etmək üçün illərdir səylər göstərdiyini qeyd edib:
“Toqquşmaların başladığı gündən bu günə qədər həm İran, həm ABŞ, həm də regionun digər əlaqədar ölkələri ilə təmaslar qurduq. Bu çərçivədə iyirmidən çox telefon danışığı apardım. Əlbəttə, hazırda da silahların susması üçün ümidimizi hələ itirməmişik. Bu müharibə böyümədən, regionu tamamilə alova bürümədən dayandırılmalıdır. Əgər diplomatiyaya imkan verilsə, bunu həyata keçirmək tamamilə mümkündür”, - Ərdoğan qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 11 Mart 2026 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















