Ərdoğan: ABŞın Yaxın Şərqdə hazırkı kursunun davam etdirilməsi münaqişələrin yayılmasına səbəb ola bilər
Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.
“ABŞ-ın Cozef Bayden administrasiyası dövrünə aid Yaxın Şərqdəki kursunun davam etdirilməsi Türkiyənin yerləşdiyi bölgədə münaqişələrin yayılmasına səbəb ola bilər”.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da keçirilən prezident seçkilərinin nəticələrini jurnalistlərə şərh edərkən bildirib.
Türkiyə lideri Ağ Evin seçilmiş rəhbəri Donald Trampın Yaxın Şərqdə eskalasiya dalğasını dayandırmaq vədlərini xatırladıb. “Ümid edirik ki, Donald Trampın ikinci prezidentlik müddəti regionumuzda uzunmüddətli sülh və sabitliyin qurulmasına kömək edəcək. Türkiyə də bu məqsədin lehinə çıxış edir”, - deyə dövlət başçısı vurğulayıb.
Siyasətçi xəbərdarlıq edib ki, Cozef Bayden administrasiyasının siyasəti davam etdirilərsə, Yaxın Şərqdə həll olunmamış fikir ayrılıqları problemi daha da dərinləşəcək və bu, münaqişələrin sərhədlərini genişləndirəcək.
Ərdoğanın fikrincə, Vaşinqtonun regiona silah tədarükünün dayandırılması barədə qərarı bu istiqamətdə yaxşı başlanğıc olardı.
“Trampın prezidentliyi Yaxın Şərqdə həm siyasi, həm də hərbi güc balansına ciddi təsir göstərəcək. Münaqişələrin yayılması və yeni kütləvi cinayətlər bütün tərəflərə ziyan vuracaq”, - deyə Türkiyə lideri bildirib.
Trampın qələbəsi mövzusuna qayıdan Ərdoğan ABŞ-da onun uğuruna yalnız bir neçəsinin inandığını xatırladıb. “İstisna İlon Mask idi. Trampa təbrik üçün zəng etdiyim zaman Mask Ağ Evin seçilmiş rəhbərinin yanında idi”, - deyən siyasətçi Donald Trampı Türkiyəyə dəvət etdiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 09 Noyabr 2024 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















