Icma.az
close
up
RU
Ərdoğan: Akkuyu AES bu ilin sonunda enerji verməyə başlayacaq

Ərdoğan: Akkuyu AES bu ilin sonunda enerji verməyə başlayacaq

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Akkuyu AES-dən elektrik enerjisinin ilk tədarükü bu ilin sonuna planlaşdırılır. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Təbii Sərvətlər üzrə İstanbul Sammitində çıxışı zamanı deyib. Məlumatı “Anadolu” verib. 

Dövlət başçısı Akkuyu AES-in birinci reaktorunun tikintisinin yaxın vaxtlarda başa çatacağını da açıqlayıb. O qeyd edib ki, Türkiyə təbii sərvətlərinə, coğrafi mövqeyinə və karbohidrogen ehtiyatlarına yaxınlığına görə qlobal enerji sektorunda strateji yer tutur.

Siyasətçi vurğulayıb ki, Türkiyə təbii qaz və neft kəşfiyyatı sahəsində qlobal oyunçu olmaq niyyətindədir. Türkiyə liderinin sözlərinə görə, ölkənin neft hasilatının həcmi rekord həddə çatıb və 2025-ci ilin mart ayının sonunda gündəlik 135 min bareli keçib. Bu günə kimi Türkiyənin “Qabar” yatağından 2 milyard dollara yaxın dəyəri olan 26 milyon bareldən çox neft hasil edilib.

Dövlət başçısı bildirib ki, Türkiyə 2028-ci ilə qədər Qara dəniz şelfindəki Sakarya qaz yatağında gündəlik hasilatı 40 milyon kubmetrə çatdırmağı planlaşdırır.

Prezident Ankaranın regionda və Aİ ölkələrində enerji təhlükəsizliyinin təmin edilməsində rolunu da vurğulayıb. O, xüsusilə, Türkiyənin regionda enerji təhlükəsizliyini təşviq etmək və Aİ ölkələrində enerji böhranının nəticələrini yumşaltmaq üçün bir sıra təşəbbüslər həyata keçirdiyini xatırladıb.

“Türkiyə Avropanın üzləşdiyi enerji böhranı şəraitində “təhlükəsiz sığınacaq” rolunu oynayır”, - Türkiyə dövlət başçısı bildirib.

Prezident Ərdoğan çıxışında bu il Türkiyənin Nigerdəki yataqlardan birində həmin ölkənin səlahiyyətliləri tərəfindən verilən lisenziya əsasında qızıl hasilatına başlayacağını da açıqlayıb.

P.ƏMİRCANOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 May 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri