Ərdoğan Ankarada İraqın Baş naziri ilə regional və qlobal məsələləri müzakirə edəcək
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Prezident Rəcəb Tayyib Ərdoğan mayın 8-də İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudanini Ankarada qəbul edəcək.
"Cebheinfo.az" “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun açıqlamasında bildirib.
Onun sözlərinə görə, İraqın Baş naziri yüksək səviyyəli heyətlə Türkiyəyə rəsmi səfər edəcək. Səfər çərçivəsində Türkiyə-İraq əlaqələri ilə yanaşı, aktual regional və qlobal məsələlər müzakirə olunacaq.
F.Altun qeyd edib ki, səfər zamanı Türkiyə-İraq Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası da keçiriləcək. Orada iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlərin imzalanması nəzərdə tutulur.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 07 May 2025 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















