Ərdoğan Bakıya gəlir
Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) bütün dünyanın diqqətindədir.
Bakıda COP29-un rəsmi açılışına dəqiqələr qalır. Tədbirdə iştirak etmək üçün dünya dövlətlərinin liderləri Bakıya gəlir.
Gununsesi.info xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan da COP29-da iştirak etmək üçün Bakıya gələcək liderlər arasındadır. Onun 11-12 noyabr tarixində Azərbaycanda səfərdə olacağı bildirilib.
Konfransda Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın himayəsi ilə həyata keçirilən “Sıfır Tullantı Layihəsi” çərçivəsində bəzi tədbirlərin təşkili də nəzərdə tutulur.
Qeyd edək ki, Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Görüşünün keçirildiyi Prezident Administrasiyasını tərk etməzdən öncə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla yenidən ayaqüstü görüşüb. Türkiyə Prezidenti dövlət başçısı ilə sağollaşarkən “Bakıda görüşərik” deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 11 Noyabr 2024 10:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















