Icma.az
close
up
RU
Ərdoğan: “Birlik və bərabərlik tariximizdə yeni bir səhifə olan “Terrorsuz Türkiyə“ prosesinə başladıq“

Ərdoğan: “Birlik və bərabərlik tariximizdə yeni bir səhifə olan “Terrorsuz Türkiyə“ prosesinə başladıq“

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Türk siyasi tarixinin ən amansız çevriliş cəhdlərindən biri bundan düz 10 il əvvəl - 15 iyul 2016-cı ildə baş verdi. Ölkəmizin qurumlarına gizli şəkildə sızan bir terror şəbəkəsi tərəfindən törədilən bu çevriliş cəhdinin məqsədi Türkiyəni uzun illər davam edəcək bir xaosa sürükləyərək xalqımızın gələcəyini nəzarət altına almaq idi. İstiqlalına və gələcəyinə sahib çıxaraq qiyamçılara cavab verən əziz xalqımız qəhrəmancasına bir dirəniş nümayiş etdirdi və bu torpaqlarda milli iradənin əsir alına bilməyəcəyini bütün dünyaya bəyan etdi. Türk xalqının 15 iyul gecəsi ortaya qoyduğu uzaqgörənlik, cəsarət və fərasətin şübhəsiz ki, dünya demokratiya tarixində bənzəri yoxdur".

Moderator.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyul - Demokratiya və Milli Birlik günü münasibəti ilə etdiyi müraciətində deyib:

"Fətullahçı Terror Təşkilatı (FETÖ - red.) tərəfindən törədilən bu xain çevriliş cəhdi adi bir hərbi çevriliş təşəbbüsündən də o yana keçərək ölkəmizin müstəqilliyini təhdid edən bir işğal cəhdi idi. Qiyamçıların ilk hədəfi milli iradənin və xalqımızın müstəqilliyinin simvol qurumları olan Prezident Aparatı və Türkiyə Böyük Millət Məclisi oldu. 15 iyul gecəsi verdiyim açıqlamada bu günə qədər xalqın gücündən üstün heç bir qüvvə tanımadığımı xüsusi vurğulamışdım. Bu açıqlamanı verərkən türk xalqının öz iradəsinə sahib çıxacağına əmin idim. Beləliklə, elə həmin gecə böyük bir iman və özünəinamla küçələrə axışan xalqımız terror şəbəkəsinin hökmranlığı altına girməyi rədd etdi. Ölkəsinin müstəqilliyi, demokratik nailiyyətləri və azad iradəsini qorumaq məqsədilə canı bahasına dirəniş göstərən xalqımız qiyamçıları yerinə oturdu və nəsildən-nəslə qürurla danışılacaq bir milli iradə dastanına imza atdı".

Ərdoğan həmçinin deyib:

"Xalqımızın cəsarətli mövqeyindən aldığımız ilhamla biz də bu xain çevriliş cəhdinin mənfi təsirlərini sürətlə aradan qaldırmaq üçün hərəkətə keçdik. Dövlətin bütün qurumlarında siyasi olmayan vasitələrlə demokratik fəaliyyətə zərər verə biləcək hər hansı bir yeri təhdid mənbəyi olmaqdan çıxaracaq struktur islahatları təcili həyata keçirdik. Sonra mübarizə apardığımız digər terror təşkilatlarını məhvetmə strategiyası çərçivəsində daxildə və xaricdə apardığımız əməliyyatlarda mühüm uğurlar əldə etdik. Nəhayət, öz birlik və bərabərlik tariximizdə yeni bir səhifə olan "Terrorsuz Türkiyə" prosesinə başladıq. "Türkiyə əsri" yolumuzun əsas mərhələlərindən biri olan bu proses əhatəli və birləşdirici yanaşma, müvafiq təhlükəsizlik qurumlarımızın səyləri və siyasi qurumların dəstəyi ilə şükürlər olsun ki, məqsədinə doğru və əmin addımlarla irəliləyir. İnanıram ki, "Terrorsuz Türkiyə" prosesinin uğuru ölkəmizlə yanaşı, bölgəmizin də sabitliyinə töhfə verəcək".

"Ölkəmizin iqtisadi rifahını və inkişafını da hədəf alan bu çevriliş cəhdinə qalxanlara qarşı apardığımız mübarizənin nəticəsində enerji, nəqliyyat, səhiyyə, kənd təsərrüfatı, texnologiya və müdafiə kimi sahələrdə həyata keçirdiyimiz layihələrlə daha firavan bir gələcək üçün güclü addımlar atdıq. Son 10 ildə başladığımız Milli Texnologiya Hərəkatı ilə müdafiə, aviasiya və kosmik sənayedə mühüm bir sıçrayış etdik. Elektrikli və ağıllı nəqliyyat sistemləri inkişaf etdirdik, səhiyyə və kənd təsərrüfatı sahəsində böyük investisiyalarla xalqımızın fədakarlığına layiq olmağa çalışdıq. Dünya miqyasında təqdir olunan marka məhsullarımızı da inkişaf etdirdik. Bunlardan elektrikli avtomobilimiz TOGG, milli döyüş təyyarəmiz KAAN, milli korvetlərimiz və pilotsuz uçuş aparatlarımız ilk yada düşənlərdir. Digər tərəfdən, keçən 10 il ərzində Türkiyə təşəbbüskar xarici siyasət anlayışı ilə həm regional, həm də qlobal səviyyədəki böhran və münaqişələrin həllində təsirli rola malik bir aktor kimi önə çıxıb. Bütün böhran bölgələrində güclünün deyil, məzlumun və haqlının yanında olaraq sülh və sabitliyin təminatı üçün məsuliyyət daşımaqdan çəkinmədik. Harada bir zülm və ya ədalətsizlik varsa, orada beynəlxalq hüququn, ədalətin və vicdanın səsi olduq. Bu gün çatdığımız mərhələdə regional və qlobal məsələlərdə Türkiyə - töhfəsi axtarılan, sözünə etibar edilən və fikirlərinə müraciət olunan bir ölkə kimi tanınırsa, bu uğurun arxasında 15 iyul gecəsi canı bahasına istiqlalına və gələcəyinə sahib çıxan əziz xalqımızın iradəsi dayanır", - R.T.Ərdoğan vurğulayıb.

Türkiyə lideri əlavə edib ki, beynəlxalq əməkdaşlığın mühüm şərtlərindən olan terrorla mübarizə xarici siyasət gündəliyinin yuxarı sıralarında yer almağa davam edir:

"Məlum olduğu kimi, FETÖ-nün xaricdəki fəaliyyətində təşkilatdaxili parçalanma prosesi son iki ildə sürətləndi. Bununla yanaşı bir çox dövlətin bu təşkilata gizli şəkildə dəstək və təşkilat üzvlərinə sığınacaq verməsi faktlarını dəqiqliklə müəyyən etdik. Məqsədlərinə çatmaq üçün hər yolu yoxlayan, fərqli kimliklər altında fəaliyyət göstərən, demokratiya, azadlıq, insan hüququ kimi anlayışları sui-istifadə edən FETÖ-yə qarşı diqqətli və həssas yanaşmanın vacibliyini bir daha vurğulamaq istəyirəm. 15 iyul gecəsi 253 övladı qiyamçılar tərəfindən şəhid edilən bir xalq olaraq beynəlxalq ictimaiyyətdən əsas gözləntimiz Türkiyənin haqlı mübarizəsinə dəstək verilməsidir. Qlobal sülh, təhlükəsizlik və rifah yalnız ayrı-seçkilik qoyulmadan terror təşkilatlarına qarşı qətiyyətli və güzəştsiz mübarizə və səmimi əməkdaşlıq ilə təmin oluna bilər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 İyul 2026 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see365

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see281

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see269

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see257

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see255

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see240

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see238

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see232

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see232

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see226

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see221

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see221

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see218

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see204

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see205

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see203

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see203

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see198

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see191

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri