Ərdoğan “Eurofighter” təyyarələrinin satışı ilə bağlı Starmerlə danışdı
Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Eurofighter Typhoon” döyüş təyyarələrinin Türkiyəyə satışında əldə olunan irəliləyişləri Böyük Britaniyanın yeni Baş naziri Keir Starmer ilə telefon danışığı zamanı müzakirə edib.
"Unikal" xəbər verir ki, bu barədə məlumatı Reuters agentliyi Türkiyə Prezident Administrasiyasına istinadən yayıb.
Prezident Ərdoğan söhbət zamanı qeyd edib ki, müdafiə sənayesində əməkdaşlığın inkişafı iki ölkə arasında münasibətləri daha da gücləndirəcək.
Xatırladaq ki, Türkiyə Almaniya, Böyük Britaniya, İtaliya və İspaniyanın daxil olduğu konsorsium tərəfindən istehsal edilən “Eurofighter Typhoon” təyyarələrinin alınması ilə bağlı danışıqlar aparır. Layihədə “Airbus”, “BAE Systems” və “Leonardo” şirkətləri iştirak edir.
Baxış sayı:42
Bu xəbər 22 İyul 2025 21:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















