Ərdoğan G20 Liderlər Sammitində iştirak edəcək
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 Liderlər Sammitində iştirak etmək üçün 18-19 noyabr tarixlərində Braziliyaya səfər edəcək.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, dünya ticarətinin 75 faizinə nəzarət edən G20 ölkələrinin liderləri hər il illik qiymətləndirmələr aparırlar.
Bu il 19-cu dəfə keçiriləcək sammitə Braziliyanın Rio de Janeyro şəhəri ev sahibliyi edəcək.
Görüşlərdə ticarət, davamlı inkişaf, səhiyyə, kənd təsərrüfatı, enerji, ətraf mühit və iqlim dəyişikliyi mövzuları müzakirə olunacaq.
Ərdoğan Rio-de-Janeyroda bir çox ikitərəfli görüşlər də keçirəcək.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun isə “X” sosial şəbəkəsində sammitdə “Ədalətli dünya və dayanıqlı planet qurmaq” əsas mövzusu altında 3 sessiyanın keçiriləcəyini bildirib.
Baxış sayı:143
Bu xəbər 16 Noyabr 2024 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















