Ərdoğan G20də Ukrayna münaqişəsinin dondurulmasını təklif edəcək DETALLAR (“Bloomberg”)
Icma.az, Azpost portalına istinadən məlumat yayır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammiti zamanı cəbhə xəttində Ukrayna münaqişəsinin dondurulması ilə bağlı təkliflər təqdim edəcək.
Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.
Həmçinin onun sülh planına Ukraynanın NATO-ya daxil olması və Donbasdakı vəziyyətlə bağlı bir sıra digər müddəalar da yer alacaq.
“Bazar ertəsi G20 liderlərinin Rio-de-Janeyroda keçiriləcək görüşündə Ərdoğan hazırkı cəbhə xəttində münaqişənin dondurulması təklifini təqdim edəcək. Türkiyə lideri Ukraynaya NATO-ya üzvlüklə bağlı danışıqları ən azı 10 il təxirə salmağı təklif edəcək. Donbasın şərqində “demilitarizasiya zonası”nın yaradılması da planlaşdırılır. Ərdoğan Kiyevin Alyansa qoşulmamağa razılıq verəcəyi təqdirdə hərbi yardım almağa davam edəcəyinə zəmanət olaraq beynəlxalq qoşunların yerləşdirilməsini müdafiə edəcək”, – məlumatda deyilir.
Azpost.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 18 Noyabr 2024 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















