Icma.az
close
up
RU
Ərdoğan İlham Əliyevi təbrik etdi FOTO

Ərdoğan İlham Əliyevi təbrik etdi FOTO

Publika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X”dəki hesabında COP29-la bağlı paylaşım edib.

Publika.az xəbər verir ki, dövlət başçısı rəsmi Ankaranın iqlim dəyişikliyinə qarşı mübarizə ilə bağlı bir sıra tədbirlərini açıqlayıb: “İqlim böhranının mənfi təsirlərinin ən çox hiss olunduğu ölkələr sırasındayıq. Biz əsas sahələrimizi 2053-cü ilə qədər xalis sıfır emissiyaya və yaşıl inkişafa nail olmaq vizyonumuza uyğun olaraq dəyişdiririk”.

Ərdoğan qeyd edib ki, Türkiyə 2024-2030-cu illəri əhatə edən “İqlim Dəyişikliklərinin Azaldılması və Uyğunlaşma Strategiyası”nın fəaliyyət planlarını həyata keçirir: “Ümumi enerji istehsalında bərpa olunan enerjinin payını 59 %-ə çatdırdıq. Bu göstərici ilə Avropada 5-ci, dünyada isə 11-ci yerdəyik. 2053-cü il üçün xalis sıfır emissiya hədəflərimiz üçün əsas prioritetlərimiz bərpa olunan enerji, enerji səmərəliliyi və nüvə enerjisidir. Bu gün 31 min meqavat olan külək və günəş enerjisi potensialını 2035-ci ilədək 120 min meqavata çatdıracağıq. Nüvə enerjisində 2050-ci ildə 20 min meqavat gücə çatmağı hədəfləyirik.

2024-2030-cu illəri əhatə edən Enerji Səmərəliliyi üzrə Milli Fəaliyyət Planımızla 100 milyon ton karbon qazı ekvivalentində emissiyanın azaldılmasını nəzərdə tuturuq”.

Dövlət başçısı qeyd edib ki, xanımı Əminə Ərdoganın himayəsi ilə başlanan və qlobal səviyyəyə çatdırılan “sıfır tullantı” layihəsi iqlim dəyişikliyi ilə mübarizəyə əlavə güc qatır. Bu yolla layihənin başlanğıcından indiyədək 5,9 milyon ton istixana qazı emissiyasının qarşısı alınıb.

O, su ehtiyatlarından səmərəli istifadə üçün görülən tədbirləri də qeyd edib. Ərdoğan bildirib ki, hər il noyabrın 11-də qeyd olunan Milli Yaşıllaşdırma Günündə milyonlarla ağac əkilir.

Türkiyə Prezidenti COP29-un bu istiqamətdə qlobal səyləri daha güclü və təsirli edəcəyinə inamını ifadə edib. “Uğurlu tədbirə və səmimi ev sahibliyinə görə qardaşım Prezident İlham Əliyevi təbrik edirəm”, - Ərdoğan vurğulayıb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://publika.az
archiveBu xəbər 13 Noyabr 2024 04:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri