Ərdoğan İlham Əliyevin bu jestindən danışdı: “Xəbəri eşidəndə böyük rahatlıq tapdım!”
Icma.az bildirir, Olke.az portalına istinadən.
Azərbaycan Suriyanın qazla təmin edilməsində iştirak etməyə hazır olduğunu açıqlayıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 4-də Azərbaycan prezidenti İlham Əliyevlə keçirilən görüşdən sonra bəyan edib. Ərdoğan deyib:
“Prezident İlham Əliyev mənə açıq şəkildə bildirdi ki, Azərbaycan Suriyanın təbii qaz ehtiyaclarının ödənməsi üçün istənilən dəstəyi verməyə hazırdır. Onun bu yanaşması həqiqətən böyük əhəmiyyət kəsb edir. Çünki bu gün Suriyanın ən ciddi problemi qaz çatışmazlığıdır və ölkənin enerji ilə təmin olunması zəruridir.”
Ərdoğan əlavə edib ki, özü də bu məsələdə Türkiyənin imkanları daxilində Dəməşqə dəstək verdiyini vurğulayıb. Amma İlham Əliyevdən bu sözləri eşitdikdə, xüsusi bir rahatlıq hiss etdiyini gizlətməyib:
“Həqiqətən, bu xəbəri cənab Əliyevdən eşidəndə böyük rahatlıq tapdım. Qayıdandan sonra dərhal Türkiyənin energetika nazirinə göstəriş verəcəyəm ki, bu məlumatı Suriyanın prezidenti hörmətli əl-Şaaraya çatdırsın. Biz addımlarımızı Azərbaycanın dəstəyi ilə birləşdirib, birlikdə irəliləmək istəyirik.”
Türkiyə lideri həmçinin bildirib ki, artıq Suriyaya qarşı tətbiq olunan sanksiyaların ləğvi istiqamətində addımlar atılır və bu prosesin daha da gücləndirilməsi planlaşdırılır.
Beləliklə, Azərbaycan təkcə region üçün deyil, böhran içində olan Yaxın Şərq üçün də mühüm enerji tərəfdaşı kimi öz məsuliyyətini nümayiş etdirir. İlham Əliyevin bu jesti həm Suriyada humanitar vəziyyətin yüngülləşməsinə, həm də Türkiyənin bölgədəki təşəbbüslərinin daha güclü reallaşmasına şərait yaradacaq.(musavat.com)
Baxış sayı:105
Bu xəbər 05 İyul 2025 22:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















