Ərdoğan irad tutdu, bu məşhur seriallar dayandırıldı: DEHA, Arka Sokaklar... FOTO
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin Radio və Televiziya Ali Şurası ( RTÜK ) ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın seriallarla bağlı iradından sonra bəzi seriallarla bağlı qərar qəbul edib.
Moderator.az xəbər verir ki, RTÜK "Sahipsizler", "Yabani" ve "DEHA" seriallarının dayandırılması barədə qərar verib. Qurum uzun müddətdir yayımlanan "Arka Sokaklar" serialını yüksək məbləğdə cərimələyib.
Bu seriallar milli və mənəvi dəyərlərə hörmətsizlik və şiddət səhnələri səbəbindən cəzalandırılıb.
RTÜK sədri Ebubekir Şahin məsələ ilə bağlı açıqlamasında yayım prinsiplərinin tam tətbiq edilməsinin əsas vəzifələri olduğunu vurğulayıb.
"Arka Sokaklar" serialı son seriyasında yer alan təriqət səhnələrinə görə cəmiyyətin tənqid hədəfinə çevrilib və RTÜK tərəfindən cəzalandırılıb. Serialda "Mesut Komissar" obrazını canlandıran Şevket Çoruh isə bu qərarla bağlı sosial mediada paylaşım edərək "Mükafat sayıram" yazıb.
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan çıxışlarının birində televiziya seriallarının cəmiyyətə düzgün mesajlar vermək əvəzinə şiddəti təbliğ etdiyini bildirərək bu hallara qarşı ciddi tədbirlərin alınmasının zəruriliyini ifadə edib.
Baxış sayı:126
Bu xəbər 28 Noyabr 2024 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















