Ərdoğan: İslam dünyası Trampın Qəzza planının həyata keçməsinə icazə verməyəcək
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
İslam dünyası ölkələri ABŞ Prezidenti Donald Trampın Qəzza zolağının sakinlərini zorla köçürmək planının həyata keçməsinə imkan verməyəcək.
Bakıvaxtı.az “TRT Haber” telekanalına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“İslam dünyası heç vaxt Trampın planını təsdiqləməyəcək. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) buna qarşı çıxacaq. Trampın Netanyahu ilə razılaşmasını dünyada sülh üçün böyük təhlükə hesab edirəm. Qəzza fələstinlilərə məxsusdur, heç kimin Qəzzanı onlardan almağa ixtiyarı yoxdur. Mən bu plana ən qısa zamanda yenidən baxılmasını gözləyirəm”, - o deyib.
Xatırladaq ki, fevralın 4-də Ağ Evdə keçirilən danışıqlardan sonra İsrailin Baş naziri Binyamin Netanyahu ilə keçirdiyi birgə mətbuat konfransında Tramp Vaşinqtonun Yaxın Şərqdə sülhün bərqərar olması naminə Qəzza zolağına uzunmüddətli sahiblik məsələsini nəzərdən keçirdiyini açıqlamışdı. O, fələstinlilərin anklavdan regionun digər ölkələrinə köçürülməsini təklif etmişdi. Tramp hətta lazım gələrsə, anklava qoşun göndərməyə də hazır olduğunu bildirmişdi. İran, Ərəb ölkələri və bir sıra Qərb ölkələri bu plana qarşı çıxıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 13 Fevral 2025 21:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















