Ərdoğan İsrailə sərt mesaj verdi
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə qarşı hərbi əməliyyatların mümkünlüyü ilə bağlı açıqlama verib və bu, bölgəyə qoşun göndərilməsi ehtimalını gündəmə gətirib.
Redaktor.az xəbər verir ki, Ərdoğan bu fikirləri jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.
O bildirib ki, İsrail tərəfindən Fələstin əhalisinin öz torpaqlarından çıxarılmasının qarşısını almaq üçün Türkiyə hərbi addımlar ata bilər.
“Qarabağa və Liviyaya girdiyimiz kimi, onlara qarşı da eyni addımı ata bilərik”, – deyə onun sözləri "The Jerusalem Post" tərəfindən sitat gətirilib.
Məlumata görə, bu açıqlama İsrailin Qüds işləri və irs naziri Amiçay Eliyahu tərəfindən sərt şəkildə tənqid olunub. O, Ərdoğanı “imperialist ambisiyaları olan meqaloman diktator” adlandırıb və diplomatik əlaqələrin kəsilməsi çağırışı ilə çıxış edib.
Bundan başqa, şənbə günü Türkiyə Xarici İşlər Nazirliyi İsrailin baş naziri Benyamin Netanyahunu ABŞ-İran danışıqlarındakı mövqeyinə və Ərdoğana yönəlmiş açıqlamalarına görə tənqid edib.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 14 Aprel 2026 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















