Ərdoğan İsraili regionda sabitliyi pozmaqda günahlandırdı
Operativ MM saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili regionda sabitliyi pozmaqda günahlandırıb və Somalinin ərazi bütövlüyünü dəstəkləməyin vacibliyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
26 dekabrda İsrail Şimali Afrika Buynuzunda yerləşən özünü elan etmiş Somaliland Respublikasını rəsmi olaraq tanıyıb. İsrailin Baş naziri Benyamin Netanyahu və özünü elan etmiş respublikanın prezidenti Əbdirəhman Məhəmməd Abdullahi qarşılıqlı tanınma haqqında birgə bəyannamə imzalayıblar.
Türkiyə liderinin ofisinin verdiyi məlumata görə, Küveyt vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əs-Sabahla telefon danışığında Ərdoğan İsrailin "bölgəni qeyri-sabitləşdirmək səylərini gücləndirdiyini" və Somalilandın tanınmasının buna bir nümunə olduğunu bildirib.
Məlumata görə, Türkiyə Prezidenti əlavə edib ki, "Somalinin ərazi bütövlüyünü qorumaq lazımdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 29 Dekabr 2025 22:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















