Icma.az
close
up
RU
Ərdoğan İstanbulu dünyanın sülh mərkəzinə çevirmək istəyir

Ərdoğan İstanbulu dünyanın sülh mərkəzinə çevirmək istəyir

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Rusiya–Ukrayna danışıqlarından sonra keçirilmiş Nazirlər Kabinetinin iclasına yekun vuraraq bildirib ki, İstanbulu dünyanın sülh mərkəzinə çevirmək istəyir. Türkiyə lideri Moskva və Kiyevin nümayəndə heyətləri arasında baş tutmuş danışıqların böyük əhəmiyyətə malik olduğunu, bu dəhşətli müharibənin ədalətli sülhlə başa çatdırılmasına yönəlmiş prinsipial siyasətin öz bəhrələrini verdiyini qeyd edib.

Ərdoğan deyib: “Bu, həqiqətən də gözəl görüş oldu. Birinci görüşdə min nəfər məhbusun dəyişdirilməsi ilə bağlı razılıq əldə olunsa da, bu dəfə məhbusların mübadiləsi min nəfəri keçib. Bununla yanaşı, həm Rusiya, həm də Ukrayna tərəfdən bir neçə meyit də qaytarılıb. Bu rəqəmlər, həqiqətən, çox önəmlidir. Verilən bəyanat da, əlbəttə ki, İstanbulda keçirilən bu görüşlərin böyük əhəmiyyətini nümayiş etdirmək baxımından çox mühümdür”.

Prezidentin sözlərinə görə, Türkiyə bu müharibənin sülh yolu ilə həlli məsələsində mühüm rol oynayır: “Hər iki tərəf üçün ən böyük arzum həm Vladimir Putinin, həm də Zelenskinin İstanbulda, yaxud Ankarada görüşməsi və cənab Trampın buraya dəvət edilməsidir. Razı olsalar, onlarla görüşmək və bununla da, İstanbulu dünyanın sülh mərkəzinə çevirmək istərdim. Bu məqsədə çatmaq üçün addımlar atacağıq”.

Ərdoğan bəyan edib ki, Türkiyə istənilən problemi, xüsusən də terror problemini həll etməyə qadirdir: “Türkiyənin hər cür problemləri, xüsusilə də terror problemini həll edəcək gücü, iradəsi və demokratik yetkinliyi var. Bizim “Terrorsuz Türkiyə” layihəmiz bu prosesin meyarına çevriləcək. Dinc yolla keçən hər bir mərhələdə cəmiyyətimiz rahatlaşır, dövlətlə millətin birliyi daha da güclənir. Mən bunu həmişə deyirəm, bu gün də bir daha vurğulamaq istəyirəm ki, Türkiyənin problemləri nə qədər çətin olsa da, onlar həllediləndir. Məqsədimiz ölkəni inkişaf etdirmək, xalqımızın əbədi və dəyişməz qardaşlığına mane olan paslı zəncirlərdən bir-bir xilas olmaqdır”.

Prezident Ərdoğan Suriyadakı vəziyyətə toxunaraq bildirib ki, Türkiyə, ABŞ, Səudiyyə Ərəbistanı və Suriya arasında onlayn görüş Dəməşqə qarşı sanksiyaların aradan qaldırılması baxımından yeni bir dövrün başlanğıcı olub. Trampın tarixi bəyanatlarından sonra Avropa ölkələri də Suriyaya qarşı sanksiyaları ləğv etmək qərarına gəliblər. Bundan əlavə, Suriya Hava Yolları yaxın vaxtlarda Türkiyəyə uçuşlara başlayacaq: “Suriya xalqını və hökumətini bütün imkanlarımızla dəstəkləyəcəyik. Suriya sabitlik və sülh əldə etdikcə bütün qonşuları və regiondakı bütün ölkələr bundan faydalanacaq”.

Türkiyə lideri mayın 28-də Azərbaycanın Müstəqillik Günü münasibətilə Laçın şəhərində olduğunu, bu mühüm günü Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə birlikdə üç ölkənin əbədi qardaşlıq rəmzi kimi qeyd etdiklərini, Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak ediklərini bildirib: “Böyük məmnuniyyətlə bir daha demək istəyirəm ki, qalib lider Prezident İlham Əliyevin səyləri nəticəsində 30 illik işğaldan sonra Qarabağın hər yerində sözün əsl mənasında infrastrukturun inkişafı və bərpası davam edir. Yollar, körpülər, tunellər, yaşayış massivləri, kənd təsərrüfatı sahələri yaradılır – Qarabağın bütün yaraları sürətlə sağalır. Türkiyə mümkün olduqca bu layihələrə dəstək göstərir”.

Paşa ƏMİRCANOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 İyun 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri