Ərdoğan Kanadanın Baş nazirini Türkiyəyə dəvət edib
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kanadanın Baş naziri Mark Karni ilə telefon danışığı aparıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının "X" sosial şəbəkə hesabında məlumat yayılıb.
"Liderlər Türkiyə və Kanada arasında ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər", - məlumatda bildirilib.
Qeyd olunub ki, Ərdoğan söhbət zamanı iki ölkə arasında münasibətlərin dərinləşdirilməsinə böyük əhəmiyyət verdiyini vurğulayıb:
"Başda energetika, müdafiə sənayesi və hava daşımaları olmaqla, bir çox sahələrdə əməkdaşlıq üçün əhəmiyyətli potensialın mövcud olduğu qeyd edilib".
Bununla yanaşı, Ərdoğan Türkiyənin bölgədə sülh və əmin-amanlığın bərqərar olması istiqamətindəki səylərini davam etdirdiyini əlavə edib. "Bir çox məsələlərdə Türkiyə ilə Kanadanın mövqeyi üst-üstə düşür", - söhbət zamanı qeyd olunub.
Ərdoğan Kanadanın Baş naziri Mark Karnini Ankarada keçiriləcək NATO və COP31 sammitlərinə dəvət edib, həmçinin Baş nazir Karnini 2026-cı il başa çatana qədər rəsmi səfər çərçivəsində Türkiyədə qəbul etmək istəyini deyib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 15 Aprel 2026 22:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















