Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verib
Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının sabiq sədri Kamal Kılıçdaroğluna qarşı 500 min lirə (14,5 min dollardan çox) məbləğində mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib.
Missiya.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ərdoğanın vəkili Hüseyin Aydın "X" sosial şəbəkəsində hesabında paylaşım edib.
"15 iyul 2016-cı il qanlı dövlət çevrilişi cəhdindən dərhal sonra Prezidentimiz siyasi müzakirələrimizdə minimum nəzakət mühitini həmişəlik yaratmaq ümidi və arzusu ilə Kılıçdaroğluna qarşı açdığı bütün iddialardan imtina etdi. Səkkiz il keçməsinə baxmayaraq, Kılıçdaroğlu tərəfindən minimum siyasi nəzakət məsələsində heç bir irəliləyiş yoxdur. Əksinə, kobudluq davranış nümunəsinə çevrilib. Kılıçdaroğlu barəsində Ankara Baş Prokurorluğunda Prezidentimizə qarşı təhqir və böhtanlar toplusu olan məhkəmə bəyanatları ilə bağlı cinayət işi açılıb. Birinci İnstansiya Mülki Məhkəməsinə 500 min türk lirəsi məbləğində mənəvi zərərin ödənilməsi ilə bağlı iddia ərizəsi verilib", - vəkil əlavə edib.
Zərintac Mayisqızı
Missiya.Az
Baxış sayı:109
Bu xəbər 25 Noyabr 2024 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















