Ərdoğan Kipr liderinin dəvətini rədd edib: Antalyaya gəlmək istəyir
Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı ötən həftə Cənubi Kiprdə keçirilən Aİ liderlərinin qeyri-rəsmi sammitində iştirakdan imtina edib.
Bakupost.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Cənubi Kipr Administrasiyasının lideri Nikos Xristodulides məlumat yayıb.
O bildirib ki, sammitdən bir neçə gün öncə Ankaradan mənfi cavab gəlib. Xristodulidesin sözlərinə görə, Türkiyəyə göndərilən dəvətnamədə yalnız Ərdoğanın iştirakı deyil, həm də xarici işlər naziri Hakan Fidanın Almaniyada keçirilən Aİ xarici işlər nazirlərinin ənənəvi qeyri-rəsmi sammitində və ya Avropa İttifaqının Ümumi İşlər Şurasında iştirakı da yer alıb.
Türkiyə mediasına görə, Kipr lideri ilin əvvəlində Aİ sədrliyini qəbul edərkən Ərdoğanı qeyri-rəsmi Aİ sammitlərinə dəvət etmək niyyətində olduğunu da açıqlayıb.
İddiaya görə, Xristodulides noyabr ayında Türkiyənin sədrliyi ilə Antalyada keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransına dəvət olunmaq istəyir.
Baxış sayı:188
Bu xəbər 28 Aprel 2026 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















