Ərdoğan Kral III Çarlzın Kembric məscidinə gəlməsini alqışlayıb
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniya Kralı III Çarlzın Kembric Mərkəzi Məscidinə səfərini çox əlamətdar adlandırıb.
“Anadolu”nun məlumatına görə, dövlət başçısı bunun dünyada artan islamofobiya və mədəni irqçilik fonunda baş verdiyini vurğulayıb. Türkiyə lideri qeyd edib ki, Kembric Mərkəzi Məscidi və İslam Kompleksi “Avropanın ilk ekoloji cəhətdən təmiz məscidi” adlanır.
Prezident Ərdoğan məscidin qapılarını yeddi il əvvəl ibadət edənlərin üzünə açdığını və Britaniya monarxının hazırkı səfərinin ona xüsusi əhəmiyyət verdiyini deyib: “İlk daşının qoyulmasından bəri ayrı-seçkiliyə qarşı həmrəylik və nifrət qarşısında hörmət simvoluna çevrilən məscidimiz öz məqsədini uğurla yerinə yetirir”.
Prezident Ərdoğan III Karlın müxtəlif mədəniyyətlərə, mənşələrə və dinlərə mənsub insanlar arasında dinc yanaşı yaşama məsələsinə böyük əhəmiyyət verdiyinə diqqət çəkərək, bu istiqamətdə səylərin vacibliyini vurğulayıb.
Prezident Ərdoğan həmçinin Kral III Çarlzın təmsil etdiyi dost Böyük Britaniya xalqını salamlayaraq, Britaniya monarxını Türkiyəyə səfərə dəvət edib.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 21 İyul 2026 10:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















